Messi Ronaldonu üstələyib rekorda imza atdı

İdman 28-noy, 05:549 xebertv 64 0
Messi Ronaldonu üstələyib rekorda imza atdı


“Barselona”nın argentinalı hücumçusu Lionel Messi turnirdə 34-cü klubun qapısına qol vurmaqla Çempionlar Liqasında rekorda imza atıb.

Forvard Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Borussiya” ilə üz-üzə gəldikləri matçda fərqlənməyi bacarıb.
Bununla da, Messi Çemponlar Liqasında 33 klubun qapısına qol vuran “Yuventus”un hücumçusu Kriştiano Ronaldo və “Real”ın eks-forvardı Raul Qonsalesi üstələməyi bacarıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan 32 yaşlı Messi klubun tarixində ən yaxşı bombardirdir. O, 700 matçda 613 qolun müəllifi olub. Argentinalı futbolçunun Kataloniyanın klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Messi beş dəfə “Qızıl top” və altı dəfə “Qızıl buts”a layiq görülüb.

XəbərTv.İnfo
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar