Azərbaycan dili imtahanının keçirilmə qaydasında dəyişiklik
Bu il Azərbaycan dili imtahanında dinləmə-anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik.
TV 713 xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, gələn il üçün isə buraxılış imtahanında xarici dildən danışma qabiliyyətinin yoxlanması nəzərdə tutulub:
"Hələ ki biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır".
O qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var:
"Vəziyyətin dəyərləndirilməsi üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8-ci siniflərdə də monitorinq imtahanları keçirə bilmədik