Azərbaycanlı idmançı yeni Avropa rekorduna imza atdı

İdman 11-dek, 05:459 xebertv 52 0
Azərbaycanlı idmançı yeni Avropa rekorduna imza atdı

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

tv713.az Ağır Atletika Federasiyasına istinadən bildirir ki, 15 yaşadək atletlərin mübarizəsində Nurlan Məmmədzadə (73 kq) birdən qaldırma hərəkətində 115 kiloqram nəticə ilə beşinci yeri tutub. N.Məmmədzadə təkanla qaldırmada daha yaxşı çıxış edib.

Atletimiz 145 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə atletimiz bu çəkini qaldırmaqla, eyni zamanda, çıxış etdiyi yaş qrupunda bu çəki dərəcəsində təkanla qaldırma üzrə yeni Avropa rekordu müəyyənləşdirib. N.Məmmədzadə toplam 260 kiloqram (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Qeyd edək ki, dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr