Azərbaycanda əhalinin yalnız 20 faizi idmanla məşğul olur - Maraqlı statistika
Azərbaycanda əhalinin yalnız 20,7 faizi idmanla məşğul olur.
2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 41,4 faizi, 20-44 yaşlı əhalinin 27,6 faizi, 45-64 yaşlı əhalinin 11,9 faizi idman edir.
İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 52,7 faizi , 20-44 yaşlı kişilərin 40,6 faizi, 45-64 yaşlı kişilərin 17,5 faizi, yaşı 65-dən çox olan kişilərin 8,9 faizi idmanla məşğuldur.
Qadınlara gəldikdə isə, onların yalnız 11,4 faizi idmanla məşğul olur.
Azərbaycandakı 15-19 yaşlı qadınların 29,5 faizi , 20-44 yaşlı qadınların 14,3 faizi, 45-64 yaşlı qadınların 7,2 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizliyi dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amili kimi qiymətləndirir. Dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır.
tv713.az