Gəncənin sabiq başçısı jurnalistə əsəbiləşdi
Artıq xəbər verildiyi kimi, Baş Prokurorluq 2018-ci ilin iyulunda Gəncədə məqsədyönlü və planlaşdırılmış terror aktı törətməkdə ittiham edilən Yunis Səfərov barəsində cinayət işini məhkəməyə göndərib.
Prosesdə iş üzrə təqsirləndirilən Yunis Səfərov və daha 12 nəfərin ittiham aktına baxılacaq.
Hələ bir neçə ay əvvəl yerli KİV-lər istintaqın Elmar Vəliyevi dindirmədiyini yazmışdı. Buna səbəb kimi isə sabiq icra başçısının səhhətinin yaxşı olmaması göstərilmişdi.
Məhkəmə öncəsi gununsesi.org saytının əməkdaşı Elmar Vəliyevlə danışa bilib.
Portal sabiq icra başçısı ilə telefon söhbətinin mətnini yayıb:
-Salam, Elmar müəlim.
-Kimdir?
-"Günün Səsi” xəbər portalından sizi narahat edirik. Soruşmaq istədiyimiz bir neçə məsələ var. Birinci bilmək istərdik, səhhətiniz necədir?
-Yaxşıyam. Nə olub ki?
-Yəqin ki, xəbəriniz var, Yunis Səfərov məhkəmə qarşısına çıxarılır…
-Yunis kimdir?
-Sizə sui-qəsd cinayətini törədən şəxs…
-Hə, nə istəyirsən?
-Bilmək istərdik ki, məhkəməyə gedəcəksinizmi?
-Nə məhkəmə e, sən kimsən?
-Dedim axı, jurnalistəm...
Sonuncu replikadan əsəbiləşən Elmar Vəliyev telefonu qapadıb.
tv713.az