Ekspert icbari tibbi sığorta sahəsində problemləri açıqladı

Aktual / Sosial / Manset 13-yan, 16:249 xebertv 138 0
Ekspert icbari tibbi sığorta sahəsində problemləri açıqladı

Bu ilin yanvar ayının 1-dən icbari tibbi sığorta mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Xəbər verildiyi kimi artıq şimal bölgəsinin 20 rayonunda bu prosesə start verilib. Prosesi həyata keçirmək üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılıb.
Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidentinin prezidenti Osman Gündüz icbari tibbi sığortanın tətbiqində ciddi problemlər mövcuddur.
Ekspert icbari tibbi sığorta sahəsində problemləri açıqladı

Osman Gündüz
“Hələlik bu sahədə ciddi problemlər mövcuddur, məlumatlandırma və rəqəmsal transformasiya işlərində ciddi qüsurlar var. İndiki halda vətəndaşın sığorta statusunun vəziyyəti haqqında, hansı xidmətləri və haradan ala biləcəyi haqqında, pulsuz hansı xidmətləri və dərmanları ala biləcəyi haqqında, hansı ailə həkimi və ya poliklinikanı seçə biləcəyi haqqında bilgiləri demək olar ki yox dərəcəsindədir. Bu məlumatları əldə etmək üçün effektiv mexanizmlər hazırlanmayıb”,-deyə O.Gündüz bildirib.

Ekspert qeyd edib ki, Dövlət Agentliyinin saytında bəsit formada hansısa məlumatları necə gəldi, “pdf” və ya “screen” olaraq atıblar: “İnternet resurslarından görsənir ki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə Nazirliyinin elektron resurslarına hər hansı inteqrasiyası indiyədək reallaşmayıb. Adicə bir reyestri, tibb müəssisələrinin siyahısını belə “pdf” formatında sayta yerləşdiriblər.

MyGov-da icbari tibbi sığorta bölməsi yaradılsa da zəruri və faydalı məlumatlar yetərli deyil. Dövlət Agentliyi və Səhiyyə Nazilriyinin bu sahədə əməkdaşlığının da yetərli olmadığı, ortada qısqanclıqların və maneçiliklərin olduğu hiss olunur. E-gov sahəsində kordinasiyaya cavabdeh qurum olan ASAN Xidmətin eGov Mərkəzi bu məsələlərə diqqəti artırmalıdır. Vətəndaş demək olar məlumatsızdır ki sığorta nəyi qarşılayacaq, hansı xidmətlər və ya dərmanlar pullu və ya pulsuz olacaq. Bütün bunlarla bağlı indiyədək heç bir mobil həllər hazırlanmayıb.

Çox təəssüf edirəm ki uzun müddət keçməsinə baxmayaraq, bir neçə rayonda pilot qaydasında bu sistemin bir neçə ildir ki tətbiq edilməsinə baxmayaraq hələ də normal bir rəqəmsal infrastruktur formalaşmayıb.

Düşünürəm ki ölkədə rəqəmsal transformasiyaya və eGov-a cavabdeh qurumlar, Səhiyyə Nazirliyi , Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB ilə birgə icbari tibbi sığarta sisteminin rəqəmsal transformasiyası üçün işləri canlandırmalıdrılar”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr