Bakıda toyda dava düşdü - Yaralılar var
Bakıda şadlıq sarayında kütləvi dava baş verib.
tv713.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən “Ağ çiçəyim” şadlıq evində qeydə alınıb.
Toy mərasimində iştirak edən qonaqlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib.
Nəticədə, iki nəfər - 1982-ci il təvəllüdlü Ruslan Məmmədov və 1978-ci il təvəllüdlü Mirbəhrəm Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə zamanı R.Məmmədovun burnu sınıb.
Faktla bağlı araşdırma aparılır.