İrandakı rejim Azərbaycanı dəstəkləyən 12 fəalı cəzalandırdı
İran Azərbaycanı dəstəkləyən 12 fəalı bu cür cəzalandırdı
İranda məhkəmə 12 azərbaycanlıya qərar çıxarıb.
Axar.az xəbər verir ki, ictimai fəallar Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Mürtəza Pərvin, Müctaba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Səcdəd Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Pərviz Siyabi və Bəhmən Xeyirçi 7 ay 16 gün həbs cəzasına məhkum ediliblər. Onlar hüquq-mühafizə orqanlarına tabe olmamaqda ittiham olunublar. Bundan başqa aktivistlər ictimai asayişi kobud şəkildə pozduqları üçün 74 şallaq zərbəsinə də məhkum ediliblər.
Qeyd edək ki, 12 azərbaycanlı aktivist keçən ilin 28 sentyabrında Ərdəbilin Ciral parkında keçirilən aksiya zamanı saxlanılmışdılar. Etiraz aksiyası II Qarabağ müharibəsində Azərbaycana dəstək, İranın Ermənistana yardımının dayandırılması məqsədiylə keçirilmişdi.