İqtisadçı alim: Elman Rüstəmovun dediyindən belə çıxır ki, Azərbaycanın borcu 50 milyarddan çoxdur

Aktual / İqtisadiyyat / Manset 14-yan, 16:149 xebertv 145 1
İqtisadçı alim: Elman Rüstəmovun dediyindən belə çıxır ki, Azərbaycanın borcu 50 milyarddan çoxdur

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov maraqlı etiraflar edib.

"O, qəribə rəqəm açıqladı, bildirdi ki, Azərbaycanın xaricdə 100 milyad dollardan çox aktivləri var. Mənim bildiyimə görə neft fondunun aktivləri ötən il 42 milyard dollar təşkil edib. 100 milyard çox qəribə gəldi”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsələndirib.
İqtisadçı alim: Elman Rüstəmovun dediyindən belə çıxır ki, Azərbaycanın borcu 50 milyarddan çoxdur

“Elman Rüstəmov dedi ki, kapital bazarı inkişaf etməyib.Qiymətli kağızların listinqinə daxil olan şirkətlərin fəaliyyəti yoxdur. Bu o deməkdir ki dövlətdən kənarda özəl bölmə funksional deyil. Təklif etdi ki, biz özəl bölmədən çempion şirkətlər yaratdaq, onlar kapital gətirsinlər. Bəs onda sual olunur, indiyə qədər nə ilə məşğul olmusunuz?”,- deyə iqtisadçı qeyd edib.

“Elman Rüstəmovun açıqlamasına görə, bizim aktivlərimiz öhdəliklərimizdən iki dəfə çoxdur. Öhdəlik isə borc deməkdir.

Bir tərəfdən deyirik ki, bizim 12 milyard borcumuz var və bunun 10 milyardını istifadə etmişik, bu yandan da deyir ki, aktivlərimiz öhdəliklərimizdən iki dəfə çoxdur yəni belə çıxır ki öhdəliyimiz ,yəni borcumuz 50 milyard dollardır.Mən başa düşmədim bu rəqəm hardan qaynaqlanıb. Belə çıxır ki ÜDM-də bizim borcumuzun payı 100 faizi keçib. Çünki ÜDM 40 milyard dollar ətrafındadır. Bu anlaşılmazlıqdır. Amma statistika borcumuzu 17,2 faiz olaraq göstərir. Maliyyə Naziri də qeyd etdi ki, birbaşa borcumuzun ÜDM-də payı 17 faizdir. Deməl, dolayı borclarımız da var və bu dolayı borclara da dövlət zəmanəti var. Prezident məhz bu məsələdən danışılarkən Samir Şərifova “ leksiya oxuyursan” dedi.

Nüfuzlu xarici iqtisadi nəşrlər deyir ki, Azərbaycanın borcu açıqlanan kimi deyil və getdikcə artacaq. Burda deyilir ki, borcumuz getdikcə artacaq, maliyyə naziri əmin edir ki, gələn il borcumuz bir faiz azalacaq. Mötəbər mənbələr bizim borcumuzu 17 milyard 418 milyon dollar olaraq göstərir, biz isə bunu 10 milyard 800 milyon dollar kimi göstəririk. 17 milyardı ÜDM-yə çevirəndə borc payı 40 faiz təşkil edir və bu kritik həddir.

Müşavirədə səsləndirilən hesabatla beynəlxalq hesabatlar arasında ciddi ziddiyyət görürəm”,- deyə iqtisadçı həyəcan təbili çalıb.
Çap et
Oxşar Xəbərlər

Terry 09-yan, 03:06

I just like the helpful info you provide for your articles.
I'll bookmark your blog and test once more here frequently.
I'm somewhat certain I'll be informed a lot of new stuff proper right here!
Best of luck for the following!

Also visit my webpage - เว็บบทความ
Ответить
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr