Rusiya bu türk dövlətini tanıya bilər? – Səfirlik
Rəsmi Moskvanın Şimali Kipr Türk Respublikasını tanımaq planı yoxdur.
Bu barədə Rusiyanın Cənubi Kiprdəki səfirliyi məlumat yayıb.
“Sözügedən iddialar həqiqəti əks etdirmir”, – məlumatda bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə mediasında Rusiyanın Şimali Kipri rəsmən tanıyacağı haqda xəbər dərc edilmişdi. /Axar.az/