“Barselona” 17 yaşlı istedadı transfer etdi
“Barselona” klubu Braziliyanın “Koritiba” klubunda çıxış edən 17 yaşlı futbolçunu transfer edib.
Sport.es saytı məlumat verir ki, Yan Koutonun keçidi İspaniya nəhənginə beş milyon avroya başa gəlib.
FİFA-nın yeniyetmə futbolçuların transferi zamanı qoyduğu şərtlərlə əlaqədar sağ cinah müdafiəçisi 18 yaşı tamam olandan sonra “Barselona”ya qoşulacaq.
Müdafiəçini vətənində “yeni Dani Alveş” adlandırırlar.