Təhsil Nazirliyinin İlqar Mahmudov problemi – “200 minlik kollec əməliyyatı”

Aktual / Təhsil 28-yan, 12:159 xebertv 77 0
Təhsil Nazirliyinin İlqar Mahmudov problemi – “200 minlik kollec əməliyyatı”
\

Təhsil nazirliyinin strukturunda aparılan yeniliklər, korrupsiya və rüşvətxorluğa qarşı görülən tədbirlər müsbət dəyişikliklərə yol açıb. Təəssüflər olsun ki, hələ də nazirlikdə dərin kök atmış rüşvət və korrupsiya çetesini tam çökdürmək mümkün olmayıb.
Təhsil sisteminin dərin qatlarına işləmiş bu şəbəkə hələ də çox güclüdür və görülən tədbirlərə baxmayaraq tam sıradan çıxarılmayıb. Təhsil nazirliyində və onun digər aşağı strukturlarında mütəşəkkil dəstə halında fəaliyyət göstərən, məktəb rəhbərlərinin qəniminə çevrilən,korrupsiyanı gündəlik iş prinsipinə çevirən bu şəbəkə özlərinin dediyinə görə yüksək çinli məmurlar tərəfindən himayə olunur. Ölkədə gedən böyük islahatla dövründə belə bir qruplaşmanın hələ də fəaliyyət göstərməsi və hansısa səviyyədə himayə olunması dövlət siyasətinə qarşı ən böyük xəyanət,sabotajdır.
Təhsil ictimaiyyətinin-daha çox rayon təhsil şöbələrinin,məktəb rəhbərlərinin qorxulu röyası,başlarının üzərindən asılan Demokl qılıncı rolunu oynayan Təhsil nazirliyi daxili nəzarət şöbəsi bu gün öz fəaliyyəti ilə ölkədə təhsil sisteminin çökdürülməsinə xidmət edir. Nazirlikdə rüşvətin və korrupsiyanın beşiyi hesab olunan bu şöbə və onun rəhbəri İlqar Mahmudov ramolunmaz qüvvəyə çevrilib. Az qala “nazirlik içində nazirlik” funksiyasını oynayan DNŞ müxtəlif vasitələrlə rayon təhsil şöbələrinə,məktəb direktorlarına təzyiqlər edir, əvəzində onlardan alınan yüklü miqdarda rüşvət müqabilində rahat buraxılırlar. Təbii ki,bu müvəqqəti rahatlıq növbəti narahatlığa qədər davam edir. İlqar Mahmudov rüşvəti və korrupsiyanı rəhbərlik etdiyi şöbənin iş prinsipinə çevirib. Ümumiyyətlə onun təhsil sistemində çox unudulmaz bir keçmişi var. Daha çox “200 minlik kollec” əməliyyatı ilə yadda qalan İ.Mahmudov bütün fəaliyyəti dövründə rüşvətxorluğu özünün fəaliyyət prinsipinə çevirib. Zamanında kollec rəhbəri işlədiyi dövrdə iftixarla “200 min verib bu vəzifəyə gəlmişəm,pulumu çıxardıram” deyən Mahmudov ümumiyyətlə təhsil sistemini “pulçıxartma” vasitəsi hesab edir. Bunun həqiqət olduğunu görmək üçün elə indiki fəaliyyətinə azacıq nəzər salmaq kifayətdir. Nazirliyin daxili nəzarət şöbəsini daxili işlər nazirliyinə çevirən,özünü və komandasını isə polis statusunda görən İ.Mahmudov təhsil ictimayətini qorxu içərisində saxlamaqla şəxsi ambisiyalarını təmin edir. Demək olar ki, bütün rayon təhsil şöbələri,məktəb direktorları aylığa otuzdurulublar. Narazılıq pik həddədir,sadəcə cürət edib səsini çıxardan yoxdur. Daxili nəzarət şöbəsi adı altında təhsil sistemində böyük rəzalət yaşanır.
Onun Bakı şəhər Təhsil İdarəsində kök salan kadrları eyni rəzaləti paytaxt məktəblərində yaşadırlar. İdarənin daxili nəzarət şöbəsinin rəhbəri Sərxan Rzayev paytaxtın məktəblərinə sözün əsl mənasında qan uddurur. Elə bil daxili nəzarətə yoxlamaların nəticələri olaraq böyük məktəblərin direktorlarını işdən azad etmək funksiyası tapşırılıb. Bildirilir ki, vəziyyət o qədər dözülməz haldadır ki, məktəb direktorları artıq işləmək istəmir, sadə dillə desək başını götürüb qaçmaq istəyir. S.Rzayevin qanunsuz “ərköyünlüyü” məktəbləri diz üstə çökdürüb. Bu yağmalama siyasəti ciddi narazılıqlar formalaşdırır. Daxili nəzarət şöbəsi əslində nəzarətsizlik şöbəsinə çevrilib.
təhsil nazirliyi azfakt ile ilgili görsel sonucu
Ölkədə rüşvətxorluğa,korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir dövrdə Sərxan Rzayev ,ümumi təhsil sektorunun müdiri Fuad Babayev patyaxtın təhsil sektorunda əsl rüşvət bumu yaşadırlar. Təhsil nazirliyinin məktəblərdə yoxlamalar aparmaq barəsində qərarından sonra S.Rzayev və F.Babayev direktorların cibinin yoxlanılmasına start verib. Bu “ikili” məktəb direktorlarının dərisini soymaqla məşğuldur.
BŞTİ-nə 200 saylı məktəbdən yüksək vəzifəyə gətirilən Fuad Babayev R.Tağıyevin bilavasitə “qara kassası” rolunu oynayır. Ümumiyyətlə adlarını çəkdiyimiz şəxslərin əməlləri ilə “qara kassa” ifadələri ayrılmaz vəhdət təşkil edir. Belə şəxslərin təhsil sahəsində hələ yüksək postları öz əllərində saxlaması birbaşa dövlət başçısının, Mehriban xanımın təhsilin inkişafı naminə gördüyü böyük işlərə zərbə vurmaqdan başqa bir şey deyildir.
Xüsusilə qeyd etmək lazımdır ki, bu şəxslər özlərini nazir Mikayıl Cabbarovun kadrları,”yaxın adamları” kimi təqdim edərək “toxunulmaz” olmaları barədə rəy yaradırlar. Əslində isə bilirik ki, Makayıl Cabbarovun bu “çete”ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Sadəcə özlərini ciddi bir şəxsin himayəsində təqdim etməklə görünütü yaradan bu şəxslər, hakimiyyət komandasında təmiz imic qazanan və nüfuz sahibi olan nazirin adından sui istifadə etməklə məşğuldurlar.
Cənab Prezidentin, Mehriban xanımın yüksək diqqət ayırdığı təhsil siyasəti adlarını çəkdiyimiz şəxslər tərəfindən yerlərdə sürünür, korrupsiyanın və rüşvətin qurbanına çevrilir. Ölkədə ciddi islahatların aparıldığı bir zamanda bu qədər arxayınlıqla hərəkət etmək, rüşvəti gündəlik iş prinsipinə çevirmək anlaşılan deyil. Adlarını çəkdiyimiz şəxslər sanki qəsdən ciddi narazılıq formalaşdırırlar. Seçkilərin keçirildiyi, siyasi atmosferin çox həssas olduğu bu anlarda dövlətə və onun təhsil siyasətinə qarşı bu qədər narazılıq formalaşdırmaq siyasi təxribatdan başqa bir şey deyildir.
İnanırıq ki, cənab M.Cabbarov onun adından istifadə edən bu qüvvələrin zərərsizləşdirilməsində bilavasitə maraqlı olacaq və təhsil sisteminin bu “çete”dən təmizlənməsi yaxın aylarda baş verəcək.
Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək tezliklə təhsil adına böyük ləkə olan, bilavasitə sistemin çökdürülməsinə xidmət edən bu şəxslərə qarşı ən sərt tədbirlərin görülməsini xahiş edirik. Əks təqdirdə bu çetenin fəsadları təhsil sistemimizdə uzun illər sağalmayacaq. //realmedia.az//
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr