Şamaxı sakinindən imdad məktubu

Cəmiyyət 24-fev, 13:289 tv713 6 0





Şamaxı rayonunun Nabur kəndindən olan Zülfiyyə Babayeva adlı soydaşımız redaksiyamıza gəlib "dərdlərinin ictimailəşdirilməsini, öz mövcud problemlərini bir daha aidiyyatı instansiyaların diqqətinə çatdırılması"nı bizdən xahiş etdi.

Tv 713. az saytı olaraq biz də soydaşımızın dilindən səslənən fikirləri həm oxucuların , həm də Zülfiyyə xanımın söylədiyi kimi aidiyyatı instansiyaların diqqətinə çatdırırıq. Zülfiyyə xanım bunca illər ərzində problemlərin həlli istiqamətində cavabdeh şəxsin və cavabdeh instansiyaların əsaslı addım atmamalarını nəzərə alaraq müraciətini birbaşa Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti, xanım Mehriban Əliyevaya ünvanlayır.


"Hörmətli Mehriban xanım Əliyeva, bəri başdan mən Babayeva Zülfiyyə Əlşan qızı tam səmimiyyətimlə deyirəm ki, məmləkətimizdə Sizin kimi bir liderin formalaşmasını taleyin Azərbaycana hədiyyəsi, qisməti hesab etmək olar. Çünki bu gün cəmiyyətimizin inkişafı və günü-gündən qüdrətlənməsi baxımından həm Birinci Vitse-Prezident kimi, həm də “Heydər Əliyev Fondu”nun rəhbəri kimi Mehriban xanım Əliyeva amilinin rolu danılmazdır. Sizin cənab Prezidentimizin “biz neft kapitalını insan kapitalına çevirməliyik” kimi proqram xarakterli çıxışından irəli gələn bütün məqamlara öz uğurlu əməli fəaliyyətinizlə cavab verməyiniz sadə vətəndaşda sabaha olan inamı daha da artırır.

Sizin humanistliyiniz və ədalətiniz nəinki bölgəyə, bütövlükdə dünyaya bir nümunədir. Elə bütün bunları nəzərə alaraq mən də bir ana kimi son ümid yeri kimi məhz Sizə üz tutmaq qərarına gəldim. Neçə illər boyu çəkdiyim acılara olan dözümüm mənim dövlətimə, dövlətimin rəhbərliyinə olan inamımdan irəli gəlib. Məhz buna görə də haqqımı yeyənlərin özbaşınalıqları, məmur diqqətsizliyi, məmur laqeydliyi, məmur məsuliyyətsizliyi məni sındıra bilməyib. Ədalətin təntənəsinə hər zaman inanmışam. Məhz bu inancıma söykənərək indi Sizdən imdad diləyirəm. Ümid edirəm ki, mənim Sizə etdiyim bu müraciət yaxın zamanlarda cavablandırılacaq, mən də öz övladlarıma Dövlət Babanın ədalətindən danışacağam.

Hörmətli Mehriban xanım Əliyeva, mən Şamaxı rayonunun Nabur kəndində böyüyüb başa çatmışam. Hazırda isə Bakı şəhəriinin Yasamal rayonunda kirayənişin qalıram. Bir müddət öncə ailəli olsam da, sonradan boşanmaq məcburuyyətində qalmışam. İki uşaq anasıyam. Uşaqlarım hazırda Maştağada yerləşən 1 saylı internat məktəbindədirlər. Özüm də "Samsunq" firmasının Nərimanov rayonu ərazisində olan dükanlarından birində süpürgəçi işləyirəm. Ailə qurduqdan bir müddət sonra sonra müəyyən səbəblər ucbatından evliliyimizə məhkəmə yoluyla xitam verilib. Məhkəmənin qərarı ilə övladlarıma qanunvericilikdə nəzərdə tutulan alimentin verilməsi qərara alınıb. Lakin məhkəmə qərarının olmasına baxmayaraq keçmiş həyat yoldaşım bütün imkanlarını səfərbər edərək bizə bir qəpik də olsun aliment ödəməyib. Onun adı axtarışda olanların siyahısında olsa da, özü bu gün də paytaxt Bakıda pərakəndə ticarətlə məşğuldur.

Dolanışıq üçün olmazın əzablara qatlaşmalı olmuşam. Sosial müavinət üçün etdiyim bütün müraciətlər də cavabsız qalıb. Bunun qanuni səbəblərini dəqiq başa düşməsəm də, fakt olan budur ki, bu gün mən bir ana olaraq dərdlərimlə baş-başayam. Maddi durumum çox aşağı səviyyədədir. Övladımın atası da elə ilk gündən aliment vermir. Bununla bağlı məhkəmə qərarı olsa da, məhkəmənin özü də bilsə, heç bir tədbir görülməyib. Ümidimiz göydə Allaha, yerdə də mərhəmətiylə Uca Yaradanın istəyincə hər zaman darda qalanlara kömək olan Sizədir.

Hörmətli Mehriban xanım Əliyeva, belə bir çətin durumda heç zaman nə Vətən sevgimi, nə də Sizlərə olan inamımı itirməmişəm. İnanıram ki, Sizə olan bu müraciətimdən sonra mənim problemlərim müsbət şəkildə öz həllini tapacaq. Bəri başdan Sizə öz minnətdarlığımı bildirir, Sizə Allahdan can sağlığı arzulayıram".


Müşfiq Rəhimov
Tv 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr