Moskvada azərbaycanlının öldürülmə anı - ANBAAN VİDEO
Rusiyanın paytaxtı Moskvada azərbaycanlı öldürülüb.
News-r.ru məlumat verir ki, hadisə Qaribaldi küçəsindəki evlərdən birinin qarşısında baş verib.
Bazarda satıcı işləyən Mahir Əskərov işdən evə qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs bıçaqla M.Əskərova çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçıb.
Onun meyitini oğlu aşkar edib.
M.Əskərova hücum anı binanın girişdə yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub.
Hadisənin səbəbləri məlum deyil.