Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb

Aktual / Cəmiyyət / Manset 28-yan, 16:439 xebertv 59 0
Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb

Maliyyə Nazirliyi sahibkarları cərimələməyə başlayıb.

Dia.az xəbər verir ki, mühasibatlıq portalı olan Mks.az saytına müraciət edən bəzi mühasiblər bildirirlər ki, Maliyyə Nazirliyi ötən ilin sonlarından başlayaraq sahibkarlara maliyyə hesabatlarının illik audit yoxlamasının həyata keçirilməməsinə görə cərimələr tətbiq etməyə başlayıblar.

Mülki Məcəllənin 91.4-cü maddəsinə uyğun olaraq, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 464-cü madddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Mühasiblərin təqdim etdikləri sənədlərə əsasən, Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsi tərəfindən 2019-cu ilin sonlarında tərtib olunan inzibati xəta haqqında protokol sənədinə əsasən, məhdud məsuliyyətli cəmiyyət 2017-ci il üzə maliyyə hesabatlarının 2018-ci ildə auditinin aparılmamasına görə törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb olunur.

Mks.az saytı bildirir ki, orta və iri sahibkarlıq subyektlərinin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb olunması vacibdir. «Amma sahibkarın 2017-ci il üzrə baş verən xətaya görə cərimələnməsi də vergi ödəyicilərində müəyyən narazılıqlar yaratması da gözləniləndir.

İnanırıq ki, Maliyyə Nazirliyi sahibkarları məcburi auditdən yayınmağa görə ötən illər üzrə cərimələnməsini dayandıracaq və onların 2019-cu il üzrə maliyyə fəaliyyətinin auditinin həyata keçirməsi barədə maarifləndirmə işlərini həyata keçirəcək»


Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb
Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr