AUTİST ALLAHın məmləkəti -AZƏRBAYCAN!

Yazarlar 31-yan, 23:359 tv713 399 0
AUTİST ALLAHın məmləkəti -AZƏRBAYCAN!






İGİD TEYMURLU



YERDƏKİ ALLAHLAR BİZƏ LABORATORİYA SAKİNİ KİMİ BAXIRLAR




Bu məmləkətdə deyəsən hərənin öz dünyası var, heç kim heç kimin kitabını oxumur. Cəmiyyət öz ağrılarına, öz acılarına belə biganə görünür, ayrı-ayrı zümrələr bir-birilə sosiallaşa bilmirlər. Sanki Allahın da yadından çıxıb bu məmləkət....

HAMI hər şeyi bilir. Amma hər şeyi bilən hamı heç nəyi görməz, heç nəyi duymaz kimi davranır. Bu məmləkətdə yer əhli dərdini divara, daşa yazmaq üçün göyə dırmaşır, göy əhli də ayağının altını görmür, yerdəkiləri tapdalayıb keçirlər. Düz mütənasiblik yoxdur bu məkanda. Arzularımızla yaşantılarımız arasında cərcənək olub qalmışıq. Bu məkan təzadlar ölkəsidir, Allah da deyəsən bu yeri özü üçün bir laboratoriya kimi seçib. Bizə indi laboratoriya sakini kimi baxır Allahımız..

Yetər ki, Azərbaycanda AUTIZM SİNDROMLU UŞAQLARın yaşam tərzlərindəki gerçək durum və buna münasibətdə DÖVLƏT BABAnın tutduğu mövqeyə baxasan. Adam dəhşətə gəlir. Hər zaman sifətinə tüpürmək istədiyimiz Qərb dünyasının öz insanına verdiyi dəyərlə Azərbaycan reallıqları arasında paralellər aparanda adam yiyələnən göz yaşlarını daşa çevirib Allaha doğru atmaq istəyir....

Ata-analarından, böyüklərindən, özlərindən uzaq olsun, Statistika Komitəsi Azərbaycandakı eşşəkləri saya bilir, ancaq AUTİZM SİNDROMLU uşaqlarla bağlı hansısa məlumatı verə bilmir!!!.

Eləcə də digər instansiyalar...

AUTİZM sosial bəla olsa da, ancaq dövlət səviyyəsində bununla bağlı hansısa bir komitə, mərkəz fəaliyyət göstərmir!...

Milli Məclis üzvləri, aidiyyatı instansiyalar, dövlət strukturlarında çalışanlara problemdən söz açanda ancaq öz turşməzə, çiçəyi burnunda çırtdayan övladlarıyadlarına düşür.

Baxın AUTİZM sundromlu uşaqlara verilən qiymətlərə....

AUTIZM SİNDROMLU UŞAĞIN bir Aylıq reabilitasiya qiyməti - 2500 MANAT

AUTIZM SİNDROMLU UŞAĞIN bir aylıq reabilitasiyası çərçıvəsındə minimum yol
pulu - 160 MANAT

AUTIZM SİNDROMLU UŞAĞIN bir aylıq özünəməxsus ( leys, şokolad, kreks və bu kateqoriyadan olanlar) bir aylıq qidalanması - minimum 500 MANAT

AUTIZM SİNDROMLU UŞAĞIN özünəməxsus ünvanlar üzrə və özünəməxsus marşrutla bir aylıq gəzintisinə sərf olunan minimum yol pulu - 150 MANAT

AUTIZM SİNDROMLU UŞAĞI da deyəsən geyindirirlər, xanımlar və bəylər. Adam .....gəzən deyil ki? Buna da ilə götürəndə minimum 300 MANAT....

VƏ BÜTÜN BUNLAR AUTİZM SİNFROMLU UŞAĞIN REABİLATASİYASINA QOYULAN XƏRCin bir qismidir, haaa...

Verirsinizmi bu pulu AUTİZM SİNDROMLU uşağa və onun valideyinlərinə?..

BUNLARIN QARŞILIĞINDA GÖRƏLİM DÖVLƏT BABA neynir?

AUTIZM SİNDROMLU UŞAĞa qulluq üçün onun anasına verilən bir aylıq məvacib - 80 MANAT

AUTIZM SİNDROMLU UŞAĞa ayda müavinət olaraq - 200 MANAT....

VƏSSALAM, ŞÜTTƏMAM!!!

Hansı icra hakimiyyəti, hansı bir struktur AUTİZM SİNDROMLU uşaqların yaşayış səviyyəsinin yaxşılaşdırılması, onların evlə, torpaqla təminatı istiqamətində bir addım atıb?

Pensiyaları ləğv etməklə sosial narazılıq formalaşdıran Sahil Babayev neçə AUTİZM SİNDROMLU uşağı işlə və harada təmin edib?..

HANI BƏ Konstitusiyanın müvafiq maddələrinin təminatı?

Valideynlərindən başqa heç kimin ....da deyil ki, yaxşı bu valideyinləri öləndən sonra bu uşaqlar necə yaşayacaqlar, nə ilə yaşayacaqlar, harada yaşayacaqlar, nə yeyəcəklər, nə içəcəklər, nə geyəcəklər?
HANI BƏ dövlətin vətəndaşına SAHİB çıxma borcu? Deyəsən biz yerdəki Allahların yadından çıxmışıq...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr