Çində ölüm sayı 132-ə qalxıb
ABŞ və Yaponiya öz vətəndaşlarını bu ölkədən çıxarır
Amerika Birləşmiş Ştatları və Yaponiya çərşənbə günündən etibarən öz vətəndaşlarını Çindən evakuasiya edir.
"Reuters” xəbər verir ki, koronavirusun episentrində ölənlərin sayı 132-ə çatıb və Yaxın Şərqdə ilk hadisə ortaya çıxıb.
Ümumdünya Səhiyyə Təşkilatı (WHO) Çinin koronavirusu kontrol altına ala biləcəyinə inandığını deyib. Narahatlıq getdikcə artır. Səhiyyə orqanları təsdiqlənmiş halların sayının 1,445-dən 5,974-ə yüksəldiyini bildirib.
Qripə bənzər virusdan ölənlərin hamısı demək olar ki, Hubey əyalətindəndir. Virus keçən ay əyalətin paytaxtı Vuhan şəhərindən başlayıb. Mümkün ki, virus yabanı heyvan bazarından yayılmağa başlayıb. Təxminən 60 milyon əhalisi olan əyalət virtual mühasirədədir.
"Vəziyyət çox sürətlə dəyişərkən orada qapanmış halda qalmağımdan çox narahat idim”,- 206 yapon vətəndaşını daşıyan çarter təyyarəylə Tokioya gələn Takeo Aoyama deyib.
Yaponiya vətəndaşlarının Çindən çıxarılması üçün əlavə uçuşlar planlaşdırıldığı bildirilir.
"Həqiqətən özümü rahatlamış hiss edirəm”,- "Nippon Steel” işçisi Aoyama Yaponiyanın paytaxtındakı hava limanında jurnalistlərə bildirib.
O, maska ilə jurnalistlərin suallarını cavablandırıb.
Virusun dünyanın ikinci ən böyük iqtisadiyyatına təsiri ilə əlaqədar narahatlıq da artmaqdadır. Aviaşirkətlər Çinə uçuşları dayandırıb. "British Airways” son olaraq uçuşları dayandırmağa hazırlaşır. Qlobal şirkətlər işçilərin səyahətlərini məhdudlaşdırır.
Dağ-mədəndən lüks mallara qədər olan bütün sektorlar sarsılıb.
Honq Konq səhmləri Aysal Yeni il tətilindən sonra ticarətin ilk günündə düşüş yaşayıb.
Lakin regional bazarlarda, Yaponiya, Avstraliya, Koreya və Hindistanda səhmlər və valyutalar əsasən sabit qalıb.
Fevralın 3-də Çin bazarları ticarəti bərpa etməyi planlayır.
"Fikrimizcə, ən pis hələ mövcud deyil”, - Yaponiyanın maliyyə holdinqi "Nomura” Çin iqtisadiyyatını gözləyən zərbə barədə xəbərdarlıq edərək deyib.
"Biz Pekindən likvidlik və kredit dəstəyi üçün bir sıra tədbirlər tətbiq edəcəyini gözləyirik”.