VAMBP bəyanat yaydı

Siyasət 12-noy, 11:009 tv713 116 0
VAMBP bəyanat yaydı


Rusiya Azərbaycan Ermənistan arasında bağlanan saziş cəmiyyətin müəyyən spekltrləri tərəfindən fərqli formatda qiymətləndirilməkdədir.

TV 713 . az xəbər verir ki, adı çəkilən sazişi "işğalçılıq aktı" kimi dəyərləndirən Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

RUSİYANIN QOŞUNLARINI QARABAĞA GƏTİRMƏSİ İŞĞALÇILIQ AKTIDIR!

Dəyərli dostlar! Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri olaraq partiya adından yaydığım bu bəyanatı dəyərləndirin və paylaşın ki, cəmiyyətin geniş dairələri yaranmış vəziyyəti dərk etsin və düzgün münasibət bildirsin.

Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) bəyan edir ki, qısa müddətdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər şəhər və qəsəbələrin, yüzlərlə kəndin və strateji yüksəkliyin, xüsusən ölkəmizin mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərinin Ermənistanın işğalından azad edilməsi müzəffər Azərbaycan Ordusunun, milli müstəqil dövlətimizin və bütün Azərbaycan xalqının böyük zəfəridir.
VAMBP belə hesab edir ki, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş Naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat-anlaşmada əks olunmuş bir sıra pozitiv hallar, o cümlədən Ermənistan qoşunlarının işğal olunmuş torpaqlarımızdan çıxarılmasına, Naxçıvana dəhliz -yolun açılmasına razılıq verilməsi müzəffər Azərbaycan ordusunun son həftələrdə əldə etdiyi möhtəşəm qələbələrinin məntiqi nəticəsidir.
Bütün bu və digər uğurları yüksək dəyərləndirməklə bərabər VAMBP tarixin dərslərindən, milli qanunvericiliyin və beynəlxalq hüququn tələblərindən çıxış edərək bəyan edir ki, üç dövlətin imzaladığı Bəyanat-anlaşmada bir çox qeyri-müəyyən və ölkə qanunvericilik aktlarının tələblərinə zidd məqamlar mövcuddur. Məsələn, Bəyanatda Ermənistanın işğalçı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxıb-çıxmamasına, həmin ərazidə Azərbaycanın suverenliyinin bərpası, o cümlədən yerli idarəetmə orqanlarının təşkili və Azərbaycan tərəfindən Dağlıq Qarabağa gəlib-gedənlərə nəzarətin həyata keçirilməsi və sair məsələlərə aydınlıq gətirilmir.
Göstərilən Bəyanat- anlaşma əsasında Rusiya qoşunlarının çoxsaylı ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Azərbaycanın Qarabağ regionuna gətirilməsi, həmin qoşunların dəqiq təsvir olunmayan "təmas xəttində" və 5 km. enində nəzərdə tutulan Laçın dəhlizində yerləşdirilməsi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının, ölkə Konstitusiyasının və beynəlxalq huququn norma və prinsiplərinə tamamilə ziddir və dövlətimizin suverenliyini məhdudlaşdıran, ölkəmizin müstəqillinə təhlükə yaradan işğal aktıdır. Belə ki, 1991-ci il oktyabr ayının 18-də Ali Sovet (parlament) tərəfindən qəbul edilən və az sonra referendum yolu ilə xalq tərəfindən təsbit olunan Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 12-ci maddəsinə görə, “dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır”. Bundan başqa Konstitusiya Aktının 12-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir”, “Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlərlərə və dövlət ittifaqlarına vermir”. Bu müddəalardan görünür ki, “sülhməramlı” adı altında Rusiya qoşunlarının Azərbaycana gətirilməsi və onların Qarabağda “təmas xətti” boyunca ərazilərimizə nəzarət etməsi həmin yerlərdə Azərbaycan dövlətinin suveren hakimiyyətinin məhdudlaşdırılmasına xidmət edən hallar olduğuna görə yalnız bütün Azərbaycan xalqının azad surətdə səsverməsi (referendum) yolu ilə həyata keçirilə bilər, əks təqdirdə bu hallar xalqımızın iradəsinə zidd, yolverilməz işğalçılıq aktıdır.
Yuxarıda göstərilən halları və hüquq normalarını əsas tutaraq Vahid Azərbaycan Milli Birlik Partiyası tarix boyu daim Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tamamilə zidd mövqe tutan, işğalçı Ermənistana dəstək verən Rusiyanın hərbi birləşmələrinin “sülhməramlı qüvvə” adı altında Qarabağa gətirilməsini qətiyyətlə pisləyir və Azərbaycan hakimiyyətini rus qoşunlarının təxirə salınmadan ölkədən çıxarılmasını təmin etməyə çağırır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr