ZƏFƏR BAYRAMI fonunda Şəhidliyimizə, Qaziliyimizə baxış

Manset / Yazarlar 07-noy, 22:349 tv713 145 0
ZƏFƏR BAYRAMI fonunda Şəhidliyimizə, Qaziliyimizə baxış


İGİD TEYMURLU


HEÇ KİMİ UNUTMAYAQ, UNUTDURMAYAQ!


İDEALLARIMIZa qovuşduqca MİLLƏT olaraq böyüyür, Dövlət olaraq güclənirik.
Azərbaycana bu BÖYÜKLÜYÜ, Azərbaycana bu GÜCÜ bəxş edən müqəddəs yurd yerlərimiz uğrunda gedən Savaşda Şəhid olmuş bacı və qardaşlarımızın Ruhları qarşısında baş əyir, Qazilərimizə Uca Tanrıdan can sağlığı diləyirəm!

Bu ZƏFƏR YOLU GEDƏCƏYİMİZ uzun, incə yolun başlanğıcıdır. Bizi səsləyən yurd yerlərimiz var. Yolumuz "QIZIL ALMA"yadır. O XOŞ GƏLƏCƏYİN NAMİNƏ HEÇ NƏYİ VƏ HEÇ KİMİ UNUTMAYAQ, UNUTDURMAYAQ!..

Ermənilər rus çarizmi tərəfindən Cənubi Qafqazda təbəəliyə götürülən gündən biz indi Zəfərini qutladığımız savaşın içindəyik. Ermənilərin iddiaları artdıqca, iştahları böyüdükcə bizə də kutsal əmanətləri qorumaq yolundakı Şəhidliyimiz sahib çıxıb, BİZi yox olmaqdan hifz edib. Babalarımızın öygüləri, Dilək Duaları nəsildən nəsilə ötürülüb, yurdumuzun azadlığı uğrunda bütün zamanlarda Difai Fədailərimiz yetişib, mücadilə aparıblar, yurdu yaşatmaq üçün can veriblər, Şəhid olublar, Qazi olublar. 44 GÜNLÜK müharibədə uğur qazanmağımızın təməli o zamandan qoyulub - gah hərbi, gah da siyasi müstəvidə.

Bu mənada qəhrəmanlıq savaşımızı zaman kontekstində hansısa mərhələyə ayırmaq ( "birinci, ikinci") və nə qədər acınacaqlı olsa da bir qisim insanlar tərəfindən Şəhidliyimizin, Qaziliyimizin elə həmin zaman çərçivəsinə salınaraq siyasi rituallar fonunda qiymətləndirilməsi kökündən yanlış və qorxuncdur.

Belə yanaşma birbaşa VƏTƏNDAŞIN DÖVLƏTİNƏ OLAN İNAMINI, GÜVƏNCİNİ ÖLDÜRÜR!

Biz bir millət olaraq əsla buna yol verməməliyik!

Və paralel olaraq DÖVLƏT BABANIN VƏTƏNDAŞINA, ƏSGƏRİNƏ SAHİB ÇIXMASININ NÜMUNƏSİ ortaya qoyulmalıdır. Əlhəmdülillah, bu istiqamətdə çabalar da edilir.

AMMA VƏ LAKİN...nə yazıq ki, bu gün dövlətlə vətəndaş arasında uçurum yaratmaq istəyən qüvvələrin yarıtmaz fəaliyyətləri ucbatından bizlər məmləkətimizdə ÖZÜ DƏ ƏLİL OLAN BİR ŞƏHİD ATASININ "YAŞAMAQ LAZIMDIR, AMMA NƏTƏRİ!?" fəryadını da eşidirik!!!

Adamın tükləri ürpəşir, sel olan göz yaşlarını saxlaya bilmirsən!!!!

Bu, nə paradoksallıq: 1 il bundan öncə 1 təpənin alınma xəbərini eşidib sevincdən göz yaşı axıdan bizlər İndi Zəfər Bayramını qutlayarkən Şəhid atasının "NƏTƏRİ YAŞAYIM!?" fəryadından göz yaşı axıdırıq!!!

Dövlət Baba anındaca o fəryadı eşitməli, anindaca Onun problemini həll etməlidir. Ki,yetişən nəsil yurd sevgilərin qəlblərində basdırmasımlar.

Uca Tanrı bu Yolda millətimizə yar olsun!
Bizi İDEALLARIMIZa qovuşduracaq Millətimiz, Dövlətimiz var olsun!

YAŞASIN TURAN BİRLİYİ!

ZƏFƏR BAYRAMIN QUTLU OLSUN, AZƏRBAYCAN!
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr