Yeni bahalaşma dalğası: Bu məhsulların qiyməti qalxacaq - VİDEO
“Fevralın ilk günündən başlayan qiymət artımı yaxın iki ay ərzində addım-addım yüksələcək. Bahalaşma aprelin sonuna qədər davam edəcək”.
Fevralın 1-dən etibarən ölkədə satılan və əsasan də xaricdən idxal olunan məhsullar-siqaret, içki, kolbasa və sosiska məhsullarının qiyməti artıb.
İqtisadçı-ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bahalaşmanın növbəti aylarda daha da artacağını proqnozlaşdırıb.
Bahalaşmanın səbəblərini açıqlayan iqtisadçı qiymət artımının əsasən kənd təsərrüfatı məhsullarını əhatə edəcəyini bildirib.
Daha ətraflı videomaterialı təqdim edirik: