BNA şefi həm də bu yolla pul qazanır... - FOTO
"Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Ağamməd oğlu Kərimli 2010-vu ilin sentyabrında qeydiyyatdan keçmiş "GLOBAL VALUE GROUP" MMC-nin (VOEN2001785791) təsisçisi və qanuni təmsilçisidir".
Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Onun sözlərinə görə, şirkət Bakı şəhəri Xətai rayonu, Sabit Orucov, ev 23, m. 76 ünvanında hüquqi qeydiyyatdadır.
BNA rəhbərinin təsis etdiyi daha bir şirkət - "GMSA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2014-cü il martın 14-də Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib.
Şirkətin hüquqi ünvanı Bakı ŞƏHƏRİ NƏSİMİ RAYONU, 20 YANVAR, ev 3, m. 13-dədir.
Vüsal Kərimlinin təsisçisi olduğu "GMSA" MMC ilə eyni ünvanda 2014-cü ilin dekabrında "K GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 3000010.00 manat, qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur.
Bu şirkət 2018-ci ildə yadadılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarlndan biridir, avtobuslara kart oxuyan cihazlar - validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunur.
Ceyhun Əliyev həmçinin 2008-ci ildə qeydiyyatdan keçmiş "İTPRO SOLUTİONS LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də qanuni təmsilçisidir. //arqument.az//