Diaspora Komitəsinin Ümumavropa Qarabağ mitinqi ətrafında narazılıq -"NƏTİCƏ FİASKO!"
Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlər fəaliyyətində bir sıra qüsurların meydana çıxdığı məlum olub. Daha doğrusu, Avropada yaşayan azərbaycanlıların əksəriyyəti bu qurumun fəaliyyətindən şikayət edirlər. Üstəlik, onları səriştəsizlikdə günahlandırırlar.
JAMAZ.İNFO xəbər verir ki, Diaspora Komitəsi yaxın vaxtlarda Avropada Ümumavropa Qarabağ Mitinqi keçirməyi qərarlaşdırıb. Lakin bu mitinqə dəvət olunanların siyahısına baxıldığında heç nəyin düzgün təşkil edilmədiyi diqqəti çəkir. Diaspora üzvü, hazırda Almaniyada yaşayan Rəşad Quliyev bununla bağlı yazıb ki, komitə aksiya təşkil etmək istəyərkən, ciddi səhvlərə qol verməkdədir. Onun sözlərinə görə, fəal təşkilat rəhbərlərinin, çevrəsi güclü olan heç bir təşkilat sədri bu təşkilatçılığa cəlb edilməyib. “Belə olan halda, buna necə Ümumavropa aksiyası demək olar?”
Quliyev deyir ki, Fuad Muradovun vəzifə başına gətirilməsindən sonra bir çoxları yeniliklərin olacağına böyük ümid bəsləyirdi. “Komitə rəhbərliyi dəyişdi. Köhnə getdi, yeni komanda gəldi. Sevindik, düşündük ki, yenisi iş görəcək, yenilik gətirəcək. Yeni komanda nə etdi bilirsiz? Daha təcrübəli, bu işlərdə zamanında imzası olanları kənara qoydu və guya yeni koordinasiya şuraları yaratdı. Nəticə isə göz qabağında. Nəticə: FİASKO!”
Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.