Vasif Talıbov öz qardaşı ilə toqquşur? - İDDİA

Aktual / Manset 28-fev, 11:129 xebertv 61 0
Vasif Talıbov öz qardaşı ilə toqquşur? - İDDİA

Naxçıvanda seçkilər bitər-bitməz həbslər başlayıb.

Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumata görə, təmizləmə əməliyyatının ilk qurbanı Dizayn Holding Kommersiya Şirkətlər İttifaqının rəhbəri İlqar Sadıqov olub.

O, külli miqdarda yeyintidə ittiham olunaraq saxlanılıb.

Bildirilir ki, İlqar Sadıqov “Dizayn Holding”-ın formal rəhbəridir. Holdinq əslində Talıbovlar ailəsinə məxsusdur. Binəva İlqar Sadıqov isə Vasif Talıbovun qardaşı Məhərrəmin bir zamanlar sürücüsü olub. Etibarlı şəxs olduğu üçün onu sürücülükdən holdinq rəhbəri vəzifəsinə gətiriblər.

İlqar Sadıqov Vasif Talıbovun etibarını elə qazanıb ki, Naxçıvan rəhbəri ona “Tərəqqi” ordeni belə verdirib. Ali Məclis sədrinin lobbiçiliyi nəticəsində Prezident İlham Əliyevin onu 08 aprel 2014-ci il tarixli Sərəncamı ilə bu mükafata layiq gördüyü bildirilir.

Məlumata görə, son zamanlar Talıbovlar qardaşlarının arası soyuduğundan Vasif müəllim onun adamının işini yoxlatdırmaq qərarına gəlib. Yoxlamada özü də şəxsən iştirak edib. Təftiş nəticəsində ciddi yeyintilərin ortaya çıxması Vasif Talıbovu bərk qəzəbləndirib və o, İlqar Sadıqovun dərhal həbs olunmasına göstəriş verib. Hətta Məhərrəm Talıbovun öz qardaşının ayağına minnətçilər göndərməsi də İlqar Sadıqovun məsuliyyətdən azad olunmasına kifayət etməyib. İddialara görə, Vasif Talıbov “Dizayn Holding”dəki yeyintidə öz qardaşı Məhərrəm Talıovun da İlqar Sadıqovla əlbir olmasından şübhələnir.

Məlumata görə, İlqar Sadıqovun həbsi Naxçıvanda digər iş adamlarının kürkünə birə salıb. Məsələ burasındadır ki, Naxçıvanda bərbərdən tutmuş böyük iş adamlarına qədər hər kəs hakim ailəylə məcburi ortaq olmasa fəaliyyət göstərə bilməz. Bu səbəbdən də Naxçıvanın bütün iş adamları öz varidatlarının böyük qismindən cənab sədrin xeyrinə vaz keçməli olublar. İlqar Sadıqov təcrübəsi isə onu göstərir ki, Vasif müəllim artıq özünə ortaq istəmir. Bu isə o deməkdir ki, hədəf seçilən iş adamlarını öz mülkiyyətlərindən tamamilə imtina və həbs gözləyir.

”Dizayn” Holding əsasən inşaat materialları və mebel istehsalı ilə məşğuldur. Holdinqin özü barədə verdiyi məlumata görə, onun xidmətlərinə reklam tərtibatı işləri, jaluz pərdələr, pərdə torluqları, asma tavan, şüşə üzlərində mat və rəngli şəkillərin işlənməsi, əlvan metal uzərində döymə işləri, PVC qapı-pəncərələr, bina fasadlarının aluminium cəbhə profilləri və alkabond ilə işlənməsi, təmir-tikinti, smeta-layihə işləri, dekorativ şəlalələrin hazırlanması, dəmirci-qaynaq işləri, metaləritmə işləri daxildir.

“Dizayn” MMC Metaləritmə Zavodu 2008-ci ilin yanvar ayından etibarən fəaliyyətə başlamışdır. Zavodda muxtəlif dekorativ tökmə işləri, o cümlədən kucə isıqları, bag oturacaqları, quyu qapaqları (təyinatı uzrə-cuqun və sferodan), arx qapaqları, agac dibləri və körpu ücün məhəccərlər, pəncərə torluqları və s.bu kimi məmulatlar hazırlanır. Bu məmularlar dövlət büdcəsindən ayrılan vəsaitlərin silinməsilə hər il Naxçıvanın küçələrinə düzülür və Muxtar Respublika beləcə “tərəqqi” edir. Hər il bu “inkişaf layihələri” üçün mərkəzi hakimiyyət tərəfindən Muxtar Respublika büdcəsinə 300-400 milyon manat dotasiya ayrılır.

Ovqat.com
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr