“Formula-1”də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
“Formula-1” yarışları Azərbaycan Qran-prisinə qədər təxirə salına bilər.
XəbərTv.info apasport.az-a istinadla verdiyi məlumata görə, “Formula-1” rəsmisi Ross Braun gecə saatlarında komandaların nümayəndələri ilə bir araya gələrək, bu məsələni müzakirə edib.
“McLaren”in işçilərinin birində koronavirus pandemiyasının aşkarlanması səbəbindən yarışın Bakı mərhələsinə qədər təxirə salınması məsləhət görülüb. Əgər belə bir qərar verilərsə, Avstraliya Qran-prisindən sonra Bəhreyn, Vyetnam, Niderland, İspaniya və Monako Qran-priləri təxirə salınacaq və mövsümə Azərbaycan Qran-prisi ilə start veriləcək.