13 ŞUBAT ( 13 FEVRAL ) KUZEY KIBRIS TÜRK CUMHURİYYETİNİN 46-CI İLDÖNÜMÜDÜR

Manset 13-fev, 17:299 tv713 94 0

13 ŞUBAT (  13 FEVRAL ) KUZEY KIBRIS TÜRK CUMHURİYYETİNİN  46-CI İLDÖNÜMÜDÜR

AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru




BUGÜN -13 ŞUBAT ( 13 FEVRAL ) KUZEY KIBRIS TÜRK CUMHURİYYETİNİN 46-CI İLDÖNÜMÜDÜR.


КİPRİN ( KIBRISIN ) DÜNƏNİ, BUGÜNÜ, SABAHI

Zaman-zaman Aralıq dənizinə hakim olan dövlətlərin idarəsində olan Kipr adasında yerli əhalisi daha sonra xristianlığı qəbul edən Ortodoks (Pravoslav) xristian xalqı uzun zaman Katolik Venetsiyanın idarəsində ağır basqı altında yaşamış, hətta Ortodoks Arxiyepiskoplar vəzifəsindən kənarlaşdırılaraq sürgün edilmişlər. Bu ağır şərtlərdən əzab çəkən Kipr xalqı adından Arxiyepiskop Osmanlı sultanına müraciət edərək Kipri Osmanlı dövlətinə qatmağı xahiş etmişdir. Bu xahişi qəbul edən Sultan Süleyman Qanuni 1571-ci ildə əlli min şəhid verərək Kipri fəth etmişdir. Türklərin adaya gəlişini sevinclə qarşılayan Ortodoks rumlar Türklərə kömək etmiş, hətta Venetsiya bayrağını endirərək yerinə Osmanlı bayrağını sancan da bir yerli rum olmuşdur. Kipri fəth edən Türklər oraya otuz min əsgər və 5720 ailə yerləşdirmişdir ki, indiki Kipr Türklərinin əcdadı iştə bu köçmənlər və adada olan Türk əsgərləridir. Adanı fəth edən Türklər Ortodoks Arxiyepiskopu sürgündən qaytararaq Levkoşada öz vəzifəsinə təyin etmiş və İstanbul Patriarxına vermiş olduğu bütün imtiyazları ona da vermiş, beləliklə, Arxiyepiskopu Kipr rum Ortodoks xalqının lideri etmişdir. Bu liderlik 15 iyul 1974-cü ilə - yəni Yunanıstan zabitləri və EOKA-B terrorist təşkilatının Arxiyepiskop Makariosu ölkədən qovana qədər davam etmişdir.
Bütün xristian dünyasının birləşərək Osmanlı İmperatoluğunu çökdürmək istəyi nəhayət, 1878-ci ildə rus ordularının Boğazlara qədər yaxınlaşması Osmanlı İmperatorluğunu Batum, Qars, və Ərdəhanı ruslardan geri almaq müqabilində Kipr adasının müvəqqəti olaraq İngiltərəyə verilməsinə razı oldu. İngilislər Kipri keçici olaraq Türklərdən Türklərdən alınca ilk olaraq Türk məmurlarını işlərindən uzaqlaşdıraraq yerlərinə yunan təyin edirlər. Bu vəziyyət Kipr Türklərini getdikcə zor duruma salır və nəticədə adada Türklərin sayı azalmağa başlayır. Bundan istifadə edən yunanlar Kiprin Yunanıstana birləşdirilməsi üçün fəaliyyətə başlayırlar. Həhayət, Türkiyənin Birinci Dünya Müharibəsində Almaniyanın tərəfində olması və hər ikisinin Antanta tərəfindən məğlub duruma düşməsi İngiltərənin 5 noyabr 1914-cü ildə Kipri özünə ilhaq etməsi ilə nəticələndi. Məğlub Osmanlı dövləti bu ilhaqı yalnız protesto etməklə kifayətlənməyə məcbur oldu.
İngiltərə hökuməti hətta Yunanıstanın İngiltərə tərəfində müharibəyə qatılması şərti ilə Kiprin Yunanıstana verilə biləcəyini bildirmişdi. Lakin Kiprin onsuz da İngiltərənin əlindən çıxacağını zənn edən Yunanıstan bu təklifi qəbul etməmiş və nəhayət 1931-ci ilin oktyabr ayında adanı Yunanıstana birləşdirmək məqsədi ilə İngiltərə əleyhinə yerli rumlarla birgə üsyan qaldırmışlar. Lakin sonda üsyan yatırılmış, Arxiyepiskop və mitropolitlər adadan sürgün edilmiş və kilsə 35354 funt-sterlinq para cəzasına məhkum edilmişdir.
Üsyandan bir nəticə əldə edə bilməyəcəyini görən Kipr Arxiyepiskopu Makarios nəhayət 15 yanvar 1950-ci ildə kilsədə saxta seçki keçirərək Kiprin Yunanıstana birləşdirilməsinə 90 faizlik "hə" cavabı almışsa da Türkiyə və İngiltərə bu saxta seçkini tanımamışdır.
Vəziyyəti belə görən Yunan heyəti 1952-ci ildə Kipr yunanlarının öz müqəddəratını təyin etməsini Birləşmiş Millətlər Təşkilatından tələb etmişdir. Buna qarşılıq Türk heyəti də belə bir haqqın Kipr Türklərinə də verilməsini BMT-dən rəsmən tələb edir.
Vəziyyətin belə şəkil aldığını görən Yunanıstan Kiprin Yunanıstana birləşdirilməsi üçün məsələnin müzakirə edilməsini İngiltərədən tələb edir. Lakin bu tələb rədd edilir.
Yunanıstan BMT və İngiltərədən rədd cavabı alınca Makariosun təklifinə uyaraq məsələni silah gücünə həll etmək məqsədi ilə EOKA adlı terror təşkilatı yaradır və onu silah-sursatla təmin edərək "Hər nə bahasına olursa-olsun, ilhaqı gerçəkləşdirmək" üçün EOKA andı içdirilir.
Bu təşkilat 1955-58-ci illərdə yüzlərlə Türkü qətlə yetirir, altı min Türk qaçqın vəziyyətinə düşür.
Vəziyyətin çıxılmaz olduğunu görən Kipr Türkləri canlarını və mallarını qorumaq, müdafiə olunmaq üçün təşkilatlanmaq ehtiyacı duyur və 1 avqust 1958-ci ildə Kipr Türk Müqavimət Təşkilatını (TMT) yaradır. Bunun nəticəsi olaraq İngiltərə hökuməti Kiprdə vəziyyəti tənzimləmək üçün bir Anayasa hazırlayır və tarixdə bəlli "Maks-Millan planı"nı tərtib edərək rum-yunan tərəfinə təqdim edir.
Lakin rum-yunan tərəfi hər iki sənədi rədd edir. Maks-Millan planında nəzərdə tutulan Türkiyə təmsilçisinin Kiprdə rəsmi fəaliyyətə başladığını görən rum-yunan tərəfi adanın ikiyə bölünməsi təhlükəsini hiss edib müqavilə bağlamağa məcbur oldu. Tarixdə 11 fevral 1959-cu ildə imzalanmış "Zürih" və ardınca 19 fevral 1959-cu ildə imzalanmış "London" andlaşmaları ilə Müstəqil Kipr Respublikasının yaranması və Kipr Türklərinin bu Cümhuriyyətin statuslu qurucu ortağı olması rəsmən təsdiq edilir.
Kipr Türkləri və Kipr rumlarından ibarət bərabər statuslu Kipr Cümhuriyyəti 16 avqust 1960-cı ildə rəsmən elan olunur.
Bu Cümhuriyyətdə cümhurbaşqanı yardımçısı, on bakandan üçü, Təmsilçilər Məclisi üzvlərinin 30 faizi, hər sahə üzrə məmurların 30 faizi Türklərdən olur.
Türklər azınlıq yox, rumlarla bərabər statuslu xalq kimi qəbul edilir ki, bu da Kiprli rumları təmin etmir və Makarios Anayasaya on üç maddədən ibarət təklif hazırlayıb 30 noyabr 1963-cü ildə Kipr Türk liderliyinə, qarant dövlətlər olan Türkiyə, İngiltərə və Yunavnıstana təqdim edir.
Kipr Türk liderliyi dərhal, Türkiyə isə 6 dekabr 1963-cü ildə bu təklifləri rədd edir. Bu on üç maddəlik təkliflər Kipr Türklərinin veto haqqı daxil, Türklərə tanınmış olan bütün haqları aradan qaldırır və Kipr Türklərinin bir xalq yox, bir azınlıq kimi tanınmasını tələb edir.
Makarios bu təkliflərə tərəfdar toplamaq üçün Moskva və əlaqədar dövlətlərə gedərək dəstək alır və Birləşmiş Millətlər Təşkilatından lehinə üçdə iki səs almağa müvəffəq olur.
Bununla kifayətlənməyən Makarios EOKA təşkilatı ilə Kiprdəki yunan alayını Kipr Türklərinə qarşı hərəkata yönəldərək qətlam təşkil edir. Tarixdə qanlı “Hoel hadisələri” kimi qeyd edilən bu qətlamda 92 Kipr Türkü öldürülmüş, 475 nəfər yaralanmış, xeyli Türk itgin düşmüş, otuz min Türk qaçqın vəziyyətinə salınmış, 103 Türk kəndi yerlə yeksan edilmişdir. Vəziyyətin ağır olduğunu nəzərə alan BMT 4 mart 1964-cü ildə qərar verərək Kiprə BMT sülh qüvvəsi göndərir.
Silah gücü ilə hökuməti tamamilə ələ alan Makarios Kipr Türklərinin bütün haqlarını qəsb edərək Bakanlar Kurulu və Təmsilçilər Məclisini tamamilə rumlaşdırmışdır. Beləliklə, "Qeyri-qanuni Kipr Rum hökuməti" ortaya çıxır. Bu gün də bu vəziyyət davam etməkdədir.
Məsələyə çözüm bulmaq məqsədi ilə İngiltərə 15 yanvar 1964-cü ildə Londonda bir toplantı keçirmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Daha sonra BMT Təhlükəsizlik Şurası 17 fevral 1964-cü ildə məsələni müzakirə etmiş, fəqət heç bir sonuca ulaşa bilməmişdir. Əksinə, Makarios qərb ölkələrinə təzyiq göstərmək məqsədi ilə Sovet Rusiyası ilə əlaqəyə girərək, "Mülkü aviasiya" müqaviləsi bağlayır və əvəzində Rusiya və Çexoslovakiya BMT-də Makarios leyhinə səs verir.
Makarios həmçinin tabeliyində olan hərbi qüvvələrə 5000 nəfərlik "Xüsusi Polis Dəstəsi" də əlavə edərək Çexoslovakiyadan silah satın alır və bu silahlar rus təyyarələri ilə Kiprə gətirilir.
Bütün bunlar azmış kimi Makarios Kipr Türklərinə dövlət büdcəsindən ayrılan 30 faizlik ödənişi kəsib rumlara aşağı faizli kreditlər verərək Kipr Türklərini tamamilə müflisləşdirir. Rumların isə inkişafına şərait yaradır. Makarios hətta Beynəlxalq təşkilatlardan aldığı yardımlardan da Kipr Türklərinə pay verməmiş, Türkiyə tərəfindən və Qırmızı Aypara cəmiyyətindən edilən yardımlardan belə Kipr Türklərindən vergilər almışdır. Makariosun əsas məqsədi Kipri Türksüz bir yunan dövləti etmək idi. Kiprdə olan yunan xuntası isə Yunanıstana arxalanaraq Kipri Yunanıstana birləşdirməyə çalışırdı. Makariosun Yunanıstan hökumətindən Yunan əsgərldərini geri çəkməsini istəməsi Yunanıstanla Makariosun arasında ziddiyyət yaratdı. Bunun nəticəsi olaraq 15 iyul 1974-cü ildə yunan zabitləri EOKA-B terroristləri ilə birgə Makariosu devirərək yerinə Hikos Sampsonu gətirmişlər. Radio ilə Makariosun öldürüldüyünü elan etmələrinə baxmayaraq, Makarios qaçaraq İngilislərə sığınmış və İngilislər vasitəsilə Kiprdən uzaqlaşdırılmışdır.
"İnsan qəssabı" kimi ad çıxaran Hikos Sampsonun elan etdiyi "Kipr Helen Cümhuriyyəti" Kipr Cümhuriyyətinin Anayasasına zidd olduğu üçün "Qeyri-qanuni" sayılmışdır. Bu hadisələri 19 iyul 1974-cü ildə BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios belə dəyərləndirmişdir:
"Yunanlar Kipri işğal etmişlər. Adada çarpışmalar qanlı bir şəkildə davam etməkdədir. Böyük binalara yunan bayraqları asılmışdır. Küçələrdə tanklar dolaşmaqdadır. Bu işğal hərəkatı Kiprin müstəqilliyini və ərazi bütünlüyünü tamamilə aradan qaldırmışdır. Bu gün Türk toplumu da təhlükə içindədir".
Silahlı basqı və iqtisadi embarqoya məruz qalan Kipr Türkünün mövcudluğunu qorumaq yunanların Enosis planını pozmaq, yəni Kiprin Yunanıstana aid olduğu və Yunanıstana birləşdirilməsinin qarşısını almaq məqsədi ilə Türkiyə hökuməti "Qaranti Andlaşması"nın IV maddəsini əsas götürərək 20 iyul 1974-cü ildə Kiprə ordu yeritməyə məcbur oldu. Türklərin Kiprə ordu yeritməsi ilə Hikos Sampson iqtidardan uzaqlaşdırıldı, yunan xuntası devrildi, Kiprə sülh, sabitlik və sakitlik gəldi.
BMT Təhlükəsizlik Şurasının 20 iyul 1974-cü il 353 nömrəli qərarı ilə Kiprin qarantı olan Türkiyə, Yunanıstan və İngiltərə dövlətləri arasında Cenevrədə görüşlər başlandı. Aralarında böyük görüş ayrılıqları olmasına baxmayaraq, nəhayət 30 iyul 1974-cü ildə Türkiyənin tələblərinin böyük bir qismini tərəflər qəbul etdi və bu münasibətlə üç dövlət birgə protokol hazırladı. Bu müqavilə Kiprə yeni bir status verilməsi üçün mühüm bir addım oldu. Cenevrə toplantısında iştirak edən Türkiyə, Yunanıstan və İngiltərənin xarici işlər nazirləri birgə bəyənat verərək "Kipr Cümhuriyyətində rum və Türklərdən ibarət iki toplum olmaq üzrə iki avtonom idarənin var olduğunu" və Türk toplumunun sərhədlərini qeyd etdilər. Bu Kipr Türkləri üçün çox mühüm məsələ idi. Çünki gələcək bütün danışıqların təməlində bu məsələ dayanacaqdı.
Həhayət, Kirp Türk Sülh Hərəkatı nəticəsində 13 fevral 1975-ci ildə müstəqil Kipr Türk Federativ Dövləti (KTFD) rəsmən elan edildi. Lakin bu dövlət rəsmən tanınmadı və beynəlxalq aləmdə Kipri rum yönətimi təmsil etdi və etməkdədir.
Rum-yunan ikili çalışması nəhayət BMT-nin 13 may 1983-cü il A /37/ L (37253) nömrəli qərarı ilə Kipr Türk Federativ Dövləti ləğv edilmişdir. Bu qərar Türklərin səbr kasasını doldurduğundan Kipr Türklərini Federativ Məclisi 17 iyun 1983-cü il tarixli qərarına dayanaraq 1960-cı il Kipr Anayasasında qeyd olunan "Self-Determinasyon" ("Öz müqəddəratını təyin hüququ") haqqından istifadə edərək 15 noyabr 1983-cü ildə Kipr Türk Federativ Məclis üzvlərinin yekdil səsverməsi ilə Şimali Kipr Türk Cümhuriyyəti rəsmən elan olunur. Elə həmin gün də Türkiyə Respublikası tərəfindən rəsmən tanınır. İndiyədək Türkiyədən başqa heç bir dövlət tərəfindən Kipr rəsmən tanınmamışdır.
Adanın hər iki tərəfini birləşdirmək məqsədi ilə bir çox planlar olmuş, fəqət rum-yunan tərəfinin günahı ucbatından bu birlik baş tutmamışdır.
İstər BMT baş katibi Perez dö Cuelların 1985-ci ildə hər iki tərəfə sunduğu "Anlaşma Mətni Planı", istərsə də BMT-nin indiki baş katibi Annanın tərəflərə təqdim etdiyi "Annan planı" Kipr Türkləri tərəfindən qəbul edildiyi halda Kipr rumları tərəfindən qəbul edilmədi.
Bütün bunlardan sonra Kiprin gələcəyi haqqında kəsin söz söyləmək çətindir. Çünki dünyada nə qədər ki, ikili standartlar hökm sürür, Yunanıstan EHOSİS planından əl çəkməyib, xristian dünyası Türkə tarixi düşmən gözü ilə baxır, dünya super dövlətlərin istəyi ilə idarə olunursa, nəinki Kipr Türkləri, bütövlükdə Türk dünyası böyük zorluqlarla qarşılaşacaq.
Əgər dünya doğrudan da sülh və ədalət istəyirsə, demokratiya istəyirsə, insan haqlarını ön plana çəkirsə, ikili standartlardan əl çəkməli, Türkiyəni Avropa Birliyinə qəbul etməli, Kiprlə bağlı BMT, AB, ABŞ və Rusiya öz sözünü deməli, Şimali Kipr Türk Cümhuriyyətini tanımalı, Kipr Türklərinə tətbiq etdikləri embarqoları götürməli, Kiprin hava yolları və limanları istifadəyə açılmalı, Kiprin Türk hissəsinə maliyyə yardımları edilməli, Kipr Türkləri ödüllənməli, bir sözlə, dünya Şimali Kipr Türk Cümhuriyyətinə qucağını açmalı, verdiyi sözə əməl etməlidir.
Kipr Türkləri və Türkiyə iyi niyyətlərini ortaya qoydu və bütün gərəkənləri yapdılar, indi söz AB, BMT və ABŞ-ındır.
Unutmamalıyıq ki, Kipr məsələsi Türk dünyası üçün bir şərəf məsələsi olduğu qədər də Türkiyə üçün həm də bir geopolitik məsələdir. Türkiyə öz varlığını qorumaq, öz təhlükəsizliyini təmin ektmək, iki yüz minlik Türkün taleyinə biganə qalmamaq üçün Kipr məsələsində planlı və uzağı görərək hərəkət etməli, özünü və bütövlükdə Türk dünyasını gələcək zərbələrdən qorumağa çalışmalıdır. Kipr Türkiyə və bütövlükdə Türk dünyası üçün "olum, ya ölüm" məsələsidir.
Unudulmamalıdır ki, Kipr geoloji baxımdan Anadoludan qopma bir torpaq parçasıdır, Yunanıstandan yox. İskəndərun körfəzindən Aralıq dənizinə doğru uzanan Toros ərazisinin dəniz içində bulunan bir bölümüdür. Deməli, orada yaşayan hər iki toplum - rum və Türk toplumu Anadolu vətəndaşıdır, Yunanıstan yox. Bu anlamda rumlar yetmiş milyonluq böyük əksəriyyət içində kiçicik bir zümrə mahiyyətindədir. Kipr adasında rum çoxluğundan bəhs edən Yunanıstanın əlindən bu kozuru da almaq gərəkdir.
Unudulmamalıdır ki, Kipr adası Türkiyənin strateji təhlükəsizliyinin önəmli bir ünsürüdür. Kipr Türkiyənin İskəndərun körfəzi, İçel körfəzi və Antalya körfəzlərini tamamilə kontrol altında tutan strateji bir adadır. Kirpdə yerləşdirilən hərbi təyyarələr asanlıqla Türkiyənin istənilən bölgəsini bombarduman edib geri qayıda bilər.
Ada həmçinin Suriya, Misir sahillərini, Suveyş kanalını, bir sözlə Şərqi Aralıq dənizinin bütün sahələrini kontrol altında tutan geopolitik bir duruma sahibdir. Kıbrıs Türklərinin "Annan planı"na "hə" deməsi artıq fərqli dönəm ortaya çıxarıb. Bütün dünya artıq Kipr Türkünün və Türkiyənin iyi niyyətinin şahidi oldu. Hiyyətlər aydın olanda şərtlər də dəyişməlidir. Artıq indiki anda dünya Türkləri dışlamamalı, qucağını onlara açmalıdır. Dünya, Türkləri təcrid siyasətindən əl çəkməlidir.
Türkiyə və bütün Türk Cümhuriyyətləri Kıbrıs Türkləri ilə həmrəylik nümayiş etdirməli, Türk Cümhuriyyətləri iqtidarları Kipr Türk iqtidarı ilə birgə fəaliyyət göstərməli, iç soyuqluqlara son qoymalıdır. Böyük mücadilə sahibi sayın Rauf Denkdaşın siyasi kursu müdafiə edilməlidir.
Şimali Kipr Türk Respublikasına münasibətdə digər Türk dövlətlərinin başçıları Türkiyə Respublikasından nümunə götürməli, Kipr Türk Respublikasına yardımda bulunmalı və sonda Kipr Türk Respublikası digər Türk dövlətləri tərəfindən rəsmən tanınmalıdır.
Unudulmamalıdır ki, Türk düşmənləri qurduqları tora özləri düşüb. İndiki anda isti ürək, soyuq başla öz haqqımızı tələb etməli, planlı təbliğat fəaliyyətini gücləndirməli, bunlara paralel olaraq böyük və əsaslı diplomatik gedişlər etməliyik. Haqlı davamızı dünyaya anlatmalı və qəbul etdirməliyik. Əlimizdəki bu müəzzəm kozurdan maksimum istifadə etməliyik.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr