Bu tarixlərdə regiondan paytaxta geri qayıtmaq mümkün olacaq
"Mart ayının 27 və 28-i tarixlərində regiondan paytaxta geri qayıtmaq istəyən Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin geri dönüşü təmin olunacaq".
Bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq:
"Region qeydiyyatında olan sərnişinlərdən xahiş edirik ki, avtovağzallara "qayıda bilərəm" ümidi ilə yaxınlaşmayın. DANX və digər aidiyyatı strukturların əməkdaşları region avtovağzallarına ezam olunacaq və o müddətdə şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq.
22, 23, 24, 25, 26 mart tarixləri üçün gediş-gəlişin hansı formada təyin olunacağına gəlincə, əgər tələbat olarsa, əlavə reyslər təmin oluna bilər. Bu barədə əlavə məlumat veriləcək".
XəbərTv.info