"Qarabağda yaşayıan ruslar"la bağlı Klimovdan açıqlama
"Bu gün Qarabağda müharibə aparılmaması 99,9% Moskvanın xidmətidir...”
“Moskva ən azından sərhədləri yaxınlığında müharibədə olmamasında maraqlıdır və ötən il Rusiya sülhməramlıların münaqişə bölgəsinə göndərilməsinin sürəti və səmərəliliyi baxımından görünməmiş tədbirlər həyata keçirdi”.
Tv 713. az xəbər verir ki, bunu “SputnikArmenia”nın təşkil etdiyi video-körpüdəki mətbuat konfransı zamanı Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Andrey Klimov söyləyib.
Senator vurğulayıb ki, bu gün Qarabağda müharibə aparılmaması 99,9% Moskvanın xidmətidir.
Müharibədən sonra Qarabağda yaşayan Rusiya vətəndaşlarının sayı ilə bağlı suala cavabında Klimov bu barədə konkret statistikanın olmadığını deyib. “Ancaq bilirəm ki, Qarabağda özlərini rus hesab edən 1500 -ə yaxın insan yaşayır”-söyləyən rus deputat guya münaqişədən əvvəl Qarabağda daha çox rusun yaşadığını əlavə edib.