Corablarını qurutmaq üçün qazana qoyub, yatdı - Bakıda yanğın təşvişi

Kriminal 29-apr, 14:419 admin 116 0
Corablarını qurutmaq üçün qazana qoyub, yatdı - Bakıda yanğın təşvişi


Corablarını qurutmaq üçün qazana qoyub, yatdı - Bakıda yanğın təşvişi


Corablarını qurutmaq üçün qazana qoyub, yatdı - Bakıda yanğın təşvişi




Bakıda mənzilin tüstüləməsi qonşuları təşvişə salıb.

BEŞ.AZ xəbərinə görə, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Qonşular yanan mənzilin sahibinin evdə olduğunu bildiriblər. Dərhal xilasetmə əməliyyatına başlanılıb. Tüstülənmə müşahidə olunan evin sahibi çağırışlara cavab vermədiyindən mənzilin qapısı xüsusi alətlərlə açılıb.

Yanğının kəşfiyyatı zamanı evdə aşkar edilən bir nəfər mənzildən çıxarılan zaman ayılıb.

Qapının sındırılması və ətrafdakı səs-küy də onu yuxudan oyatmayıb. Məlum olub ki, ev sahibi tüstüdən zəhərlənməyib, sadəcə dərin yuxuya getdiyindən evin yanmasından xəbərsiz olub.

Mənzildən çıxarılan şəxs xilas edildiyinə görə təşəkkür etmək əvəzinə, mənzilinin qapısının sındırılmasını əsas gətirərək, hər kəsi məhkəmə ilə hədələyib.

Baş vermiş yanğının səbəbinə gəlincə, məlum olub ki, ev sahibi yuduğu corabları qurutmaq üçün qazana, qazanı da qızdırıcının üstünə qoyub. Özü isə bu vaxt yuxuya gedib. Qızdırıcının üstündə qalan corablar sonradan yanaraq güclü tüstülənməyə səbəb olub.

Baş vermiş hadisə ilə bağlı ev sahibinin izahatı alınıb. Onun 1969-cu il təvəllüdlü İmanov Nəriman İsa oğlu olduğu, həmin mənzildə isə kirayədə yaşadığı müəyyənləşib. Hadisə vaxtı isə o, sərxoş vəziyyətdə olub.

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr