Koronavirus pandemiyası və N95 tipli respiratorlar: dərhal atılmalıdır, yoxsa...?

Səhiyyə / Manset 31-mar, 10:319 xebertv 129 0
Koronavirus pandemiyası və N95 tipli respiratorlar: dərhal atılmalıdır, yoxsa...?




























Ölümcül koronavirusdan qorunmaq üçün istifadə edilən N95 respirator maskalarının spirt, yaxud digər məhlullarla dezinfeksiya edəndən sonra təkrar istifadəsinin mümkünlüyü ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, N95 tipli maskalar 5-6 gün müddətində istifadəyə yararlıdır.

Respublikanın baş infeksionisti Cəlal İsayev bu barədə məlumat verir ki, N95 respirator maskasını 1 gündən artıq istifadə etmək olmaz. Hərçənd ki, nə o, nə də digər tibbi maskalar koronavirusdan tam qorumur. "Cərrahi maskalar iki saatdan bir dəyişdirilməlidir, N95 tipli maskalar isə bir gündən artıq istifadə edilməməlidir. Onsuz da maskalar koronavirusdan tam qorumur, sadəcə əhalinin sıx olduğu məkanlarda yoluxma ehtimalını azaldır ",- İsayev deyib.

Onun sözlərinə görə, tibbi maskalardan düzgün istifadə edilmədikdə virusa yoluxmaq mümkündür. Həmçinin koronavirus göz vasitəsilə də keçir, buna görə də tibbi maska taxmaqla qoruna biləcəyini düşünmək yanlışdır: "Əlcək taxılması ümumiyyətlə tövsiyə edilmir. Əlcək taxmaqdansa əlləri tez-tez yuyulmaq lazımdır. 95 faizlik tibbi spirtdən də istifə edilməsi məsləhət deyil. Bu spirtlərin içinə su qatmaqla 70 faizə salmaq lazımdır. Koronavirusun gözlə təmasından keçməməsi üçün eynəkdən istifadə edilməlidir. Necə ki, tibb müəssisələrində eynəkdən istifadə olunur".

Baş infeksionist qeyd edib ki, hazırda koronavirusdan qorunmaq üçün ən effektli vasitə evdə qalmaq, təmizləyə maksimum riayyət etmək lazımdır.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr