Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik

Siyasət 31-mar, 11:349 xebertv 116 0
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik

1918-ci ilin martında erməni dəstələri tərəfindən həyata keçirilmiş etnik soyqırımı tarixin ən qanlı səhifələrindən biridir.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan bildirib.

O xatırladıb ki, bu soyqırımı nəticəsində minlərlə azərbaycanlı, o cümlədən qoca, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib, ölkənin müxtəlif bölgələrində yüzlərlə kənd yer üzündən silinib:

“Bu qırğınlar təkcə Bakıda qeydə alınmayıb, Şamaxı, Quba, Qarabağ, Naxçıvam kimi bir çox şəhər və bölgəni əhatə edir. Mart ayında başlayan bu soyqırımı Osmanlı dövlətinin hərb naziri Ənvər paşanın təlimatı ilə qurulan Qafqaz İslam Ordusunun Azərbaycana gələrək ölkəni erməni dəstələrindən xilas etməsi ilə başa çatıb”.

H.Altınalan bildirib ki, bu müddət ərzində Qafqaz İslam Ordusu çox sayda şəhid verib:

“20 Yanvar qırğını və Xocalı ilə 31 mart soyqırımları göstərir ki, bir ölkənin müstəqilliyi asan qazanılmır, bunun üçün minlərlə qurban verilir. Müstəqilliyin çox qiymətli olduğunu heç kim unutmamalıdır və bu həqiqətə gələcək nəsillərə çatdırmalıdır. Bundan başqa, Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olmasını bütün dünyaya çatdırmalıyıq. Bunları nəzərə alaraq, azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırımında həlak olanlara başsağlığı veririk, erməni qatilləri lənətləyirik. Ölkələrimizin müstəqilliyi üçün canını verən atalarımız dərin hörmətlə anırıq”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr