Bu gündən metro da fəaliyyətini dayandırır

Ölkə 31-mar, 18:119 xebertv 184 0
Bu gündən metro da fəaliyyətini dayandırır

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır:

“Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobusların buraxılıb.

Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr