Dil normalarını pozanlar üçün cərimələr artırıldı

Siyasət 01-apr, 16:069 xebertv 459 0
Dil normalarını pozanlar üçün cərimələr artırıldı

Bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin onlayn iclası keçirilib.

tv713.az qafqazinfo-ya istinadən bildirir ki, gündəlikdə iki məsələyə baxılıb. İclasda Kütləvi İnformasiya Vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Məcəlləyə əlavə edilən 533-1-ci maddəyə görə, cərimə sanksiyaları artırılıb.

Belə ki, sözügedən daşıyıcılarda dövlət dilinin normalarının pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, layihələr plenar iclasa tövsiyə edilib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr