Tərtərdəki iki kişi müəmmalı şəkildə ölüb

Kriminal 30-apr, 13:289 admin 123 0
Tərtərdəki iki kişi müəmmalı şəkildə ölüb


Tərtər rayonunda iki nəfərin müəmmalı ölümü ilə bağlı bir sıra şayiələr yayılıb. Yerli sakinlər naməlum şəxslərin iki kişini asdığını iddia edir.

Beş.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün rayonun hüquq mühafizə orqanları ilə əlaqə saxlayıb.

Əldə etdiyimiz məlumata görə, aprelin 26-da səhər yeddi radələrində Tərtər şəhərinin meşə zolağı boyunca uzanan Vüqar Həsənov küçəsində 25 yaşlı Məmmədli Cavid Faiq oğlunun meyiti tapılıb. Gənc ağacdan kəndirlə asılmış vəziyyətdə aşkarlanıb. Məmmədlinin intihar etdiyi güman edilsə də, hələlik səbəblər barədə heç nə məlum deyil.

Araşdırma zamanı müəyyən edilib ki, Məmmədli “oliqofreniya” (kəmağıllıq – red.) diaqnozu ilə psixiatrik xəstəxanada qeydiyyatda olub.

Bundan başqa istintaq orqanları Məmmədlinin ötən ilin payız ayında törədilmiş və indiyə kimi üstü açılmamış cinayətlə əlaqəsinin olmasından şübhələnir.

Belə ki, noyabrın 18-də 34 yaşlı Nərimanlı Rəşəd Bayram oğlunun meyiti Tərtərin Qara Qarayev küçəsində yerləşən evdində aşkarlanıb. Qatil onun əllərini və ayaqlarını bağlayaraq çoxsaylı bıçaq xəsarətləri yetirib.

Bu qurbanın da psixiatrik xəstəxananın qeydiyyatında olduğu məlumdur.

Hazırda müstəntiqlər Nərimanlının qətli, Məmmədlinin isə ehtimal olunan intiharı ilə bağlı halları araşdırır.

Əldə olunan informasiyaya görə, Məmmədlinin boyun nayihəsindən götürülmüş dəri nümunəsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Bakı laboratoriyasına göndərilib.

Ekspert müayinəsinin rəyi ölümün intihar, yoxsa zorakılıq (qəsdən adamöldürmə) nəticəsində baş verdiyini göstərəcək
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar