Dünyada hər gün minlərlə adam ölür, amma onların milyardları artır...

Dünya 15-apr, 18:409 xebertv 129 0
Dünyada hər gün minlərlə adam ölür, amma onların milyardları artır...

Dünyada sürətlə yayılan koronavirus pandemiyası bəzi milyarderlərin sərvətlərini artırmasına səbəb olub. Virtualaz.org xəbər verir ki, “Amazon” koronavirusun səbəb olduğu birja böhranından xilas olan ABŞ-ın ilk böyük şirkətidir. Ötən gün şirkətin səhmləri ən yüksək səviyyəyə yüksəlib. Bununla da, dünyanın ən varlı adamı Ceff Bezosun sərvəti 6,4 milyard dollar artıb. “Forbes Real-Time” reytinqində iş adamının kapitalının təxminən 5 faiz artdığı bildirilir.

Buna “Amazon” onlayn mağazasının səhmlərinin rekord səviyyəyə yüksəlməsi səbəb olub. Çərşənbə axşamı pərakəndə satış şirkətinin qiymətli kağızları 5.3 faiz bahalaşaraq bir pay üçün 2283 dollar təşkil edir. İlin əvvəlindən bəri bu səhmlər 20 faiz bahalaşıb ki, bu da S&P 500 indeksindəki (ən yüksək kapitalla sahib olan ABŞ ictimai şirkətlərini özündə birləşdirən) orta göstəricidən çoxdur. “Forbes” qeyd edir ki, bahalaşmaya səbəb əksər mağazaların karantin səbəbilə bağlanmasıdır. Bir çox ölkədə “Amazon” xidmətlərinə görünməmiş şəkildə tələb artıb. Çünki ölkələrdə karantin müddəti olduğundan alıcılar daha çox onlayn alış-verişə etibar edirlər.

Nəşr yazır ki, Ceff Bezos “Forbes”un yeni reytinqində dünyanın ən varlı iş adamı titulunu qoruyur. Bezosun sərvəti 113 milyard dollar olaraq qiymətləndirilirdi ki, bu da bir il əvvələ nisbətən 18 milyard dollar azdır. Bezos “Amazon”un təxminən 11 faizinə sahibdir. Boşanma zamanı iş adamından şirkətindən pay alan Bezosun keçmiş həyat yoldaşı Makkenzinin sərvəti də əhəmiyyətli dərəcədə artıb - gündə 2,2 milyard dollar. Son bir gündə sərvətləri artan digər iş adamları “Google”un həmtəsisçisi Lari Peyc (2,1 milyard dollar) və keçmiş “Microsoft” rəhbəri Stiv Balmerdir ( 2.4 milyard dollar). Ən çox itirənlər arasında rusiyalı milyarder, sərvətinin 520 milyon dollar azaldığı “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov də var.

1.İlk yerdə varidatı 113 milyard dollar dəyərləndirilən Ceff Bezos gəlir. Sərvətinin mənbəyi “amazon.com”dur.

Dünyada hər gün minlərlə adam ölür, amma onların milyardları artır...


Ceff Bezos 1994-cü ildə Seattldə qarajında “Amazon” onlayn mağazasını qurub. Dörddə bir əsr ərzində bu layihəsi onu dünyanın ən böyük onlayn pərakəndə satıcısına çevrib. Bezos şirkətin baş direktoru olmağa davam edir və səhmlərin təxminən 12 faizinə sahibdir. O, eyni zamanda “The Washington Post” və özəl aerokosmik “Blue Origin” şirkətinə sahibdir. 2019-cu ilin iyul ayında o, 25 illik evliliyindən sonra Makkenzidən boşanıb. Milyarder “Amazon”da payının dörddə birini keçmiş həyat yoldaşına verib. Makkenzinin payı onu dünyanın ən varlı qadınlarından biri edib. “Amazon”un 2019-cu ildə qazancı 280.5 milyard dollar, xalis mənfəəti isə 11.6 milyard dollar olub. Fevral ayında şirkət Nyu-Yorkda 2.5 milyard dollarlıq ikinci qərargahını qurmaqdan imtina edib.

2. Bill Qeyts. Varidatı 98 milyard dollardır. Sərvətinin mənbəyi “Microsoft” şirkətidir. Milyarder həyat yoldaşı Melinda ilə birlikdə dünyanın ən böyük özəl xeyriyyə fonduna rəhbərlik edir. Təşkilatın işi qlobal səhiyyə sisteminin yaxşılaşdırılmasına yönəldilib və koronavirus pandemiyası fonunda xüsusi aktuallıq qazanıb. İş adamı uzun müddətdir ki, ümumi peyvənd olunmağın vacibliyi ideyasını müdafiə edir və hazırda COVID-19 peyvəndinin hazırlanmasında fəal iştirak edir.

Qeyts “Microsoft”da səhmlərinin çox hissəsini satıb - o şirkətin 1faizdən bir qədər çox hissəsinə sahibdir və fond bazarına və digər aktivlərə investisiya qoyub. Eyni zamanda, 1975-ci ildə Paul Allen ilə birlikdə qurduğu doğma korporasiyanın idarə heyətinin üzvü olaraq qalır.

3. Bernard Arno və ailəsi. Varidatı 76 milyard dollardır. 1980-ci illərin ortalarında “Christian Dior” moda evini almaq üçün o, ailəvi inşaat şirkətindən 15 milyon dollar xərcləyən Bernard Arno bu gün “Louis Vuitton” və “Sephora” da daxil olmaqla 75 lüks markanın qlobal imperiyasına nəzarət edir. 2019-cu ildə “LVMH” gəlirləri 15 faiz artaraq 60 milyard dollara çatıb. Bu dinamikaya həm Avropa, həm ABŞ, həm də Asiyada yaxşı tələbat səbəb olub

.
Dünyada hər gün minlərlə adam ölür, amma onların milyardları artır...

Keçən il Arno qısa müddətə planetin ən varlı adamı olub. Lakin son aylardakı koronavirus pandemiyası dünyada istehlakçı tələbini çox aşağı salıb və bu da şirkətin satış bazarına təsir edib. Arno - xeyriyyəçi və həm də kolleksiyaçıdır. 2014-cü ildə o, dövrümüzün əsas memarlıq abidələrindən sayılan və Frank Gehri tərəfindən 135 milyon dollara dizayn edilmiş müasir incəsənət muzeyinin açılışını edib. O, həmçinin 2019-cu ilin aprelində yanmış “Notre Dame” kilsəsinin bərpası üçün 200 milyon dollardan çox pul ayıracağına söz verib.

4. Uarren Buffet. Varidatı 67,5 milyard dollardır. Sərvətinin mənbəyi “Berkshire Hathaway”dir. Uarren Buffett dünyanın ən uğurlu və hörmətli investorlarından biri hesab olunur. ABŞ Konqresmeninin oğlu Baffet 11 yaşında ilk səhm paketini satın alıb və 13 yaşında ilk vergi bəyannaməsini təqdim edib. Son illərdə Baffett Bill Geyts ilə birlikdə xeyriyyə işlərində fəal iştirak edir.

5. Larri Allison. Varidatı 59 milyard dollardır. ABŞ-dan olan 76 yaşlı milyarder 1977-ci ildə “Oracle” proqram təminatı istehsalçısını yaradıb.

Allison hazırda tibbi və kənd təsərrüfatı texnologiyasına çox sərmayə qoyur. O, 2012-ci ildə Havay adası olan Lanai adasına 300 milyon dollara sərmayə qoyub və burada sağlamlıq və kənd təsərrüfatı sahəsində innovativ layihələr hazırlanıb. İş adamı xərçənglə mübarizə və ömrü uzatmağa yönəlmiş layihələri də fəal şəkildə dəstəkləyir.

İyirmilikdə növbəti yerləri Omansio Orteqa, Mark Zükerberq, Cim Uolton, Elis Uolton, Rob Uolton, Stiv Balmer, Karlos Slim Elu, Larri Peyc, Sergey Brin, Fransuaza Bettankur- Mayers və ailəsi, Maykl Blumberq, Cek Ma, Çarlz Kox, Culiya Kox və ailəsi, Ma Xuaten kimi oliqarxlar tutur.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr