İranda etirazlarda öldürülənlərin sayı açıqlandı
İranda davam edən etiraz aksiyalarında 70-i uşaq olmaqla, 519 nəfər hökumət məmurları tərəfindən öldürülüb.
Tv 713. az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumatda 698-i tələbə olmaqla 19291 etirazçının saxlanıldığı deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb.
Ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirib, 144 universitetin tələbələri nümayişləri dəstəkləyib