Bağçalar məktəblərdən tez açıla bilər?..

Sosial 20-apr, 16:219 xebertv 210 0
Bağçalar məktəblərdən tez açıla bilər?..


Bəzi Avropa ölkələrində orta və ali məktəblər COVID-19 pandemiyası səbəbindən bağlansa da, bağçalar fəaliyyət göstərir. Buna səbəb kimi bəzi müəssisələrdə, xüsusilə səhiyyədə qadın işçilərin çalışmasıdır.

Azərbaycanda karantin rejimi martın 4-nə qədər uzadılıb. Orta və ali məktləblərin nə vaxt açılacağı isə tam olaraq məlum deyil. Üstəlik orta və ali məktəblər qarşıdakı aylarda yay tətilinə çıxdığı halda, məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.

Belə olan halda, bağçaların açılması mümkün ola bilərmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucov Modern.az-a bağçaların açılmasının doğru olmadığını deyib:

“COVİD-19 pandemiyasına qarşı ölkəmizdə güclü mübarizə aparılır. Dövlətimiz bu məsələdə daha ciddi addımlar atır. Təbii ki, bütün atılan addımlarda Azərbaycan vətəndaşının sağlamlığı əsas götürülüb.

Azərbaycanda məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin bağlanması karantin rejimindən əvvəl olmuşdu. Burada məqsəd insanlar arasında yoluxmanın aradan qaldırılması idi. Hesab edirəm ki, vaxtında verilən qərarlar doğrudur. Qabaqlayıcı tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxanların sayı azalır. Bu da Azərbaycan dövlətinin gördüyü işlərin nəticəsidir. Məktəblərə gəlincə, onların tam olaraq nə zaman açılacağı qeyri-müəyyəndir. Düşünürəm ki, bağçaların açılması doğru deyil. Çünki uşaqlarımızın sağlamlığı bizim üçün daha önəmlidir”.

İlqar Orucovun sözlərinə görə, bağçaların açılması məsələsini Operativ Qərargah müəyyənləşdirə bilər:

“Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah məsləhət bilsə ki, karantin müddətindən sonra yumşaltma lazımdır, o zaman bu məsələlərə baxmaq olar. Hazırki vəziyyətdə məktəbəqədər təhsil müəssisələrinin açılması mümkün deyil. Çünki hələ təhlükə tam olaraq sovuşmayıb”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar