Lənkəranskini bıçaqlayan "qanuni oğru" həbsdən çıxdı - FOTO

Kriminal 20-apr, 16:059 xebertv 168 0
Lənkəranskini bıçaqlayan "qanuni oğru" həbsdən çıxdı - FOTO


Aprelin 17-də "qanuni oğru", Levan Suxumski kimi tanan Levan Abuladze Moskvanın "Vladimirski Sentral" həbsxanasından azadlığa çıxıb. 44 yaşlı "qanuni oğru"nu həbsxana qapısı bağlanan kimi Rusiya Federal Miqrasiya Xidmətinin və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.

tv713.az “Musavat.com” istinadən məlumat verir ki, "Qanuni oğru"ya bildirilib ki, Rusiya daxili işlər nazirinin müavini, general-polkovnik Vançikin əmri ilə onun Rusiyaya gəlməsi ömürlük qadağan olub.

Bildirilib ki, bununla bağlı DİN-in generalı fevralın 19-da müvafiq əmr imzalayıb.

Bu qərardan sonra bu dəfə "qanuni oğru"ya Oktyabrskiy Rayon Məhkəməsinin qərarı oxunub. Qərarda bildirilir ki, o, iki ay müddətinə həbs edilir və miqrantlar üçün xüsusi təcridxanaya yerləşdiriləcək. Rusiyadan deportasiya olunanadək isə təcridxanada qalacaqdır.

Xatlrladaq ki, ötən il Rusiya prezidenti Vladimir Putin kriminal avtoritetlər üçün cəzaları sərtləşdirib.

Belə ki, kriminal ierarxiyaya mənsub olan ("qanuni oğru"lar) şəxslər 8 ildən 15 ilə qədər azadlıqdan məhrum ediləcək.

Həmçinin 5 milyon rubla qədər cərimə ödəyəcəklər. Bu səbəbdən kriminal aləmin bir çox tanınmış nümayəndələri üçün Rusiyada yaşamaq indi olduqca çətinləşib.

Artıq bəzi kriminal avtoritetlər Rusiyanı tərk edərək Yunanıstanda, İspaniyada, BƏƏ-də və Türkiyədə məskunlaşmağı üstün tuturlar. Həbsdə olanların isə azadlığa çıxandan dərhal sonra ölkəni tərk etmələri əsas şərtdir.


Lənkəranskini bıçaqlayan "qanuni oğru" həbsdən çıxdı - FOTO
Lənkəranskini bıçaqlayan "qanuni oğru" həbsdən çıxdı - FOTO
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr