Dövlətdən maliyyə dəstəyi alan sahibkarlardan açıqlama

İqtisadiyyat / Manset 22-apr, 10:269 xebertv 153 0
Dövlətdən maliyyə dəstəyi alan sahibkarlardan açıqlama


Bir neçə gündür ki, İqtisadiyyat Nazirliyinin xətti ilə pandemiyadan zərərçəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi prosesi başlayıb.

tv713.az məlumat verir ki, proqram davam edir və ayrılan vəsait sahibkarların bank hesabına köçürülür. Proqram çərçivəsində maliyyə dəstəyi alan iki sahibkar "Qafqazinfo"ya danışıb.

Gəncədə fəaliyyət göstərən"Dan ulduzu piramida" şənlik evinin sahibi Nəsibov Rübail bildirib ki, dövlət tərəfindən işçilərinin müəyyən hissəsinə yardım olunub:

"Dəstək nəticəsində işçilərin əməkhaqlarını verə bildik. Bizə 3528 manat yardım olunub. Bu vəsait işçilərin əməkhaqq kartına ödəniləcək. Bizim əsas və əlavə, xidməti müqavilə ilə işləyən işçilərimiz var. Onlar vergi ödəyicisi kimi müqavilə bağlayıblar. Musiqiçilər, operatorların hamısı 250 manat əlavə pullarını alıblar. Bildirilir ki, bizə may ayında da dövlətimiz kömək edəcək. Koronavirus böyük bir bəladır. Bu tək xalqımızın başına gəlməyib. Hər bir sahibkar da bu çətin dövrdə vəziyyətlə barışmağı bilməlidir. Kasıb insanlara özümüz dəstək olmalıyıq. Biz əlavə heyvandarlıq sahəsi ilə də məşğuluq. İşçilərimizə bu yolla da köməklik edirik. Bu imtahandan biz alnıaçıq çıxmalıyıq. Dövlətimiz, Prezidentimiz də sağolsun ki bizim yanımızdadır".

Qax rayonunda fəaliyyət göstərən "Qax" hazırlıq mərkəzinin rəhbəri Elşad Bəkərov qeyd edib ki, özəl təhsil müəssisəsində 16 nəfər işçisiylə fəaliyyət göstərir: "Pandemiya bizim fəaliyyətimizə də təsir edib. Dövlətimiz, Prezidentimiz sağ olsun. Bizə də müəyyən qədər yardım olundu. Aprel ayı üçün 2600 manata qədər bizə yardım edildi. İşçilərin maaşının bir qismini ödədik. Hazırda xalqımıza evdə qalmalarına çağırışını edirəm. Biz birlikdə bunun da öhdəsindən gələcəyik. Dövlətimiz üçün daha yaxşı günlər qabaqdadır".
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr