AFFA-dan millinin yeni baş məşqçisi ilə bağlı açıqlama

İdman 23-apr, 13:509 xebertv 139 0
AFFA-dan millinin yeni baş məşqçisi ilə bağlı açıqlama


Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi istiqamətində ötən müddət ərzində AFFA tərəfindən müvafiq işlər görülüb.

tv713.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə namizədlərin geniş siyahısı tərtib olunub və həmin siyahı ilə bağlı İcraiyyə Komitəsinin 28 yanvar iclasında fikir mübadiləsi aparılıb.

İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələri nəzərə alınmaqla namizəd məşqçilərin qısa siyahısı hazırlanıb. Lakin dünyanın əksər ölkələrini əhatə edən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki mümkünsüzlüyü nəzərə alınaraq, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti fasilə verilib. Bununla belə, AFFA müvafiq məşqçilərlə mütəmadi əlaqədədir.

O da qeyd olunur ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müvafiq rəsmi məlumatlar affa.az vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaq.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr