Azercell-dən müəllimlərə dəstək!

İqtisadiyyat 28-apr, 18:209 xebertv 178 0
Azercell-dən müəllimlərə dəstək!


Mobil operator sosial izolyasiya şəraitində onlayn tədris verən müəllimlərə internet paketi təqdim edib

Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə şəraitində baş tutan növbəti sosial tədbirdə yer alıb. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə başlatdığı yeni layihəsi çərçivəsində Təhsil Nazirliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstək çağırışlarına Azercell də qoşulub.

Şirkət bu məqsədlə yaradılmış "Virtual Məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və Azercell abunəçisi olan 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 azn dəyərində 5GB internet paketi yükləməklə təşəbbüsə öz qatqısını verəcəkdir. Qeyd edək ki, onlayn tədris üçün internet paket alacaq müəllim-pedaqoji heyətinin siyahısı www.virtual.edu.az saytında aparılan qeydiyyata əsasən Təhsil Nazirliyi tərəfindən təqdim olunur.

Hədiyyə paketinin qoşulması və aktivləşdirilməsi üçün mövcud olan müəyyən texniki şərtlərlə https://www.azercell.com/az/news/show/1094/ ünvanında tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, www.virtual.edu.az saytı istifadəçilərə tədris prosesinə aid tapşırıqları onlayn şəkildə yerinə yetirmək imkanını təqdim edir. Hal-hazırda portalda 600000-dən çox şagird və 50000-dən çox müəllim qeydiyyatdan keçib.

"Azercell Telekom” MMC tərəfindən cəmiyyətimizə dəstək məqsədilə sosial təşəbbüslərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr