Bu gün deputatlar 18 məsələ üçün toplaşır
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
İclasın gündəliyinə 18 məsələ daxildir.
Deputatlar "GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi, "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" qanun layihəsi, eləcə də "Sosial sığorta haqqında" qanuna, Vergi Məcəlləsinə, "Hərbi qulluqçuların statusu haqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında" və "Elm haqqında" qanunlara dəyişikliklər və digər məsələləri müzakirə edəcəklər.
tv713.az