Dövlət qəzetləri bağlanmalıdır - “Hamısı bir-birini təkrarlayır”

Aktual / Manset 18-may, 13:369 xebertv 188 0
Dövlət qəzetləri bağlanmalıdır - “Hamısı bir-birini təkrarlayır”


“Dövlət qəzetlərinin heç bir faydası yoxdur, hamısı bağlanmalı və yalnız bir rəsmi qəzet saxlanılmalıdır”.

Bunu Modern.az-a media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyib. Ekspert hələ illər əvvəl dövlət mediası anlayışının qalxmalı olduğunu bildirib:

“Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra dövlət mediası anlayışı ortadan qalxmalı idi. 2004-cü ilədək Azərbaycan mediası bu işi yekunlaşdırmalı, nə dövlət televiziya-radiosu, nə də dövlət qəzeti olmalı idi. İstər dövlət, istərsə də özəl qəzetlərin fəaliyyət sahəsi indi xeyli daralıb. Bunun da əsas səbəbi kommunikasiya vasitələrinin, internetin inkişaf etməsidir. Demək olar ki, bütün qəzetlər öz auditoriyasını itirib. Qəzetlərin çoxu rəsmi məlumatlar istisna olmaqla heç bir faydalı informasiya yaymırlar. Yəni cəmiyyət informasiya ehtiyacını qəzet vasitəsi ilə qarşılaya bilmir. Rəsmi xəbərlərin də dərc olduğu bir rəsmi qəzetin olması yetərlidir. Məsələn, bütün rəsmi sənədlər həmin qəzetdə yayılardı və heç müxbirə də ehtiyac qalmazdı.


Dövlət qəzetləri bağlanmalıdır - “Hamısı bir-birini təkrarlayır”


“Xalq”, “Vışka”, “Azərbaycan qəzeti” və s. dövlət qəzetlərinin fəaliyyəti demək olar eynidir, hamısı bir-birini təkrarlayır. Hamısında prezidentin fərman və sərəncamları, eyni zamanda təbliğat xarakterli yazılar gedir. Amma indiki vaxtda təbliğat məsələsi cəmiyyət üçün keçərli deyil. Bu baxımdan, o təbliğatı edən şəxsə verilən qonorar boşuna xərclənən puldur, faydasızdır. Çünki indi sosial mediada da təbliğat, trol fəaliyyəti var və cəmiyyət görür ki, nə doğrudur, nə yalnış. Buna görə də həmin qəzetlərin faydası yoxdur və hamısını bağlayıb yalnız birini rəsmi olarq saxlamaq lazımdır. Çünki dövlət mediasında alternativ informasiya yoxdur, bütün informasiyalar hökumət işlərinin təbliğinə yönəlib. Bunun üçün isə bir qəzet yetərlidir”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr