Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto

Sosial 08-avq, 13:009 xebertv 317 0
Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman elə şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.

Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.


tv713.az

Bakıya sərnişin daşımaq istəyirdi, həbs olundu - Foto
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr