Bakıda özəl klinikada bakirə qızı necə "hamilə" çıxartdılar? - Nişanlısı şok keçirdi

Ölkə 11-iyn, 10:139 xebertv 336 0
Bakıda özəl klinikada bakirə qızı necə "hamilə" çıxartdılar? - Nişanlısı şok keçirdi


Bakıda “Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib.


tv713.az bildirir ki, bu barədə Medicina.az-a pasiyentin özü məlumat verib.

O bildirib ki, ötən gün qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla “Sağlam ailə” klinikasına gedərək orada USM müayinəsindən keçib. Lakin orada ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu “Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər.

Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib:

"Sağlam ailə"nin həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.

Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm.

Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük.

Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu dedilər. Kağızda “Ekstranterin hamiləlik" yazılmışdı və sual işarəsi qoyulmuşdu. Soruşdum, bu nədir, dedilər, gedin test edin, analiz verin.

Dəfələrlə həkimə dedim ki, bu ola bilməz. Hardan hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram. Təsəvvür edin, həmin an nişanlımın vəziyyətini.

Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki, etirazımı bildirim, məni içəri buraxmadılar. MRT üçün verdiyim pulu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.

Nəticədə "Şəfa" klinikasında yenidən USM olunan xanımda yumurtalıqda ağırlaşmış follekulyar kist aşkar olunub və müalicə yazılıb:

“Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. Məni bütün xəstəxanada, nişanlımın qarşısında biabır etdilər, məni alçatdılar. O kist partlayardı, qanama güclənərdi... Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar?

Klinikadan ödədiyim pulu geri tələb edirəm. Bir də onların məni bu dərəcədə alçaltdıqları üçün cavabdehlik daşımasını istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm. Sag olsun Şəfa klinikasının həkimləri, son anda doğru diaqnoz qoyub məni xilas etdilər”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr