Tədrisi digər dillərdə aparılan I siniflərə uşaqların qəbulu məqsədilə canlı müsahibələrə başlanılıb
Bu gündən tədris digər dillərdə aparılan I siniflərə uşaqların qəbulu məqsədilə birbaşa ünsiyyət qurma formasında Bakı, Gəncə, Sumqayıt şəhərləri, Abşeron və Lənkəran rayonları istisna olmaqla digər şəhər və rayonlarda müsahibələrin keçirilməsinə başlanılıb.
Komissiyanın iş vaxtı saat 9:30-dan 17-30-dəkdir. Komissiyanın tərkibi 1 nəfər sədr, 2 nəfər üzv olmaqla ümumilikdə 3 nəfərdən ibarət peşəkarlığı, obyektivliyi, uşaqlarla işləmə bacarığı olan, müsahibə aparılan dildə sərbəst danışa bilən ibtidai sinif müəllimindən (həmin sayda ibtidai sinif müəllimi olmadıqda yuxarı siniflərin müvafiq dil və ədəbiyyat müəllimləri də cəlb oluna bilər) təşkil edilməlidir.
Dinləyici qismində dili sərbəst bilən bir nəfər psixoloqun da komissiyada iştirakının təmin edilməsi vacibdir. Komissiyaların fəaliyyət göstərdiyi mərkəzlər üzrə bir nəfər təhsil şöbəsinin əməkdaşı müsahibə rəhbəri təyin edilməli, həmin şəxs bütün təşkilati və texniki işlərə cavabdeh olmalı, komissiyanın normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasını təmin etməlidir. Rayon və ya şəhər üzrə birdən çox komissiya yaradıldığı halda bir nəfər əlavə olaraq ümumi müsahibələrin rəhbəri təyin edilməlidir.
tv713.az