Azərbaycanda radikal partiya rəhbərləri 20 Yanvar hüzn izdihamını da siyasiləşdirməyə cəhd etdilər

Aktual / Siyasət 21-yan, 18:389 xebertv 53 1
Azərbaycanda radikal partiya rəhbərləri 20 Yanvar hüzn izdihamını da siyasiləşdirməyə cəhd etdilər

20 Yanvar günü Şəhidlər Xiyabanında siyasi şou düzəldən radikal müxalifət bir daha sübut etdi ki, onlar öz ambisiyaları naminə hətta ən müqəddəs dəyərləri belə qurban verməyə hazırdırlar. Ümumxalq Hüzn günündə siyasi şüarlar səsləndirmək, bilərkdən polisi təxribata sürükləməyin başqa adı yoxdur.

Hansı ki, istər ötən il, istərsə də bu il biz radikal müxalifətin timsalında bunu gördük. Uzun müddət ən güclü hazırlaşdıqları mitinqə belə 3 min insan toplaya bilməyən radikallar Hüzn günündən siyasi məqsədlər üçün istifadə etməyə çalışdılar. Ümumilikdə, 20 Yanvar hadisəsinin ildönümündə hay-küy salıb gündəm yaratmaq radikallar üçün bir “ənənəyə” çevrilib. Bütün vətəndaşların riayət etdiyi qaydaları pozub süni çaxnaşma yaradan radikallar, görünür, bunun üçün xüsusi hazırlıq görürlər.

Radikallar polisin onların özbaşınalığına göz yummayacağını bildikləri üçün, əllərindən gələni edirlər ki, saxlansınlar. Sonra da avtobusda selfi çəkib göstərsinlər ki, guya təzyiqə məruz qalıblar. Halbuki, Ümumxalq Hüzn günündə şəhdilərin xatirəsini yad etməyə gələn insanları nəyəsə təhrik etmək və bundan siyasi məqsədlər üçün istifadə etmək, ən azından, tərbiyəsizlikdir. Bu, şəhidlərin ruhuna hörmətsizliklə yanaşı, siyasi əxlaqsızlıqdır.

Bu dəfə də radikal müxalifət öz “ənənəsinə” sadiq qalaraq 20 Yanvar Ümumxalq Hüzn günündən siyasi məqsədlər üçün istifadə etməyə cəhd etdi. Radikal müxalifət təmsilçiləri müxtəlif açıqlamalar veriblər ki, guya polis onlara şəhidləri yad etməyə maneələr yaradıb, qrup şəklində iştirak etmələrinə imkan verilməyib və s. Görünən odur ki, yenə də radikallar 20 Yanvar Hüzn günündən siyasi məqsədlər üçün istifadə etmək taktikasından əl çəkməyiblər.

“Bu kimi cəhdlər onları bir az da cəmiyyətdə hörmətdən salır”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, Ümumxalq Hüzn günündən siyasi məqsədlər üçün istifadə etmək radikal müxalifətə hörmət gətirmir: “Əksinə, onları cəmiyyətdə daha da hörmətdən salır. Çünki Hüzn günündə bütün millət öz şəhidlərini yad edir. Ona görə də belə bir gündə hamı təmkinli olmalıdır. Ən başlıcası, asayişi pozmaq, polisə müqavimət göstərmək ümumiyyətlə lazım deyil. Çünki polis də öz vəzifəsini icra edərək asayişi qoruyur. Hər il yanvarın 20-də sözügedən mərasimdə təkcə Azərbaycan vətəndaşları deyil, kənardan gələnlər də orada iştirak edirlər. Başqa bir tərəfdən, Azərbaycanı sevməyən dairələr var. Onlar öz təxribatçı qüvvələrini ora göndərmək istəyərlər. Ona görə də orada iştirak edən bütün şəxslər çalışmalıdırlar ki, asayiş qorunsun. O cümlədən, siyasi partiyaların üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Radikal müxalifət belə bir gündən siyasi məqsədlər üçün istifadə edirsə, bu onlara hörmət gətirməz. Bu kimi cəhdlər onları bir az da cəmiyyətdə hörmətdən salır. Nəzərə almaq lazımdır ki, radikal müxalifət cəmiyyət içində sosial dayaqlarını itirib. Bu kimi təxribatlarla onlar nəyəsə nail ola bilməyəcəklər. Əksinə, özlərini daha da urvatsız duruma sürükləyirlər”.

Vidadi ORDAHALLI
Çap et
Oxşar Xəbərlər

Lynell 15-may, 22:28

I know this if off topic but I'm looking into starting
my own weblog and was wondering what all is needed to get set up?
I'm assuming having a blog like yours would cost a pretty penny?
I'm not very internet smart so I'm not 100% sure. Any recommendations or advice would be greatly
appreciated. Thank you

Feel free to visit my blog: Sprzet
AGD
.
Ответить
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr