"İşğal altında olan sahildəyik"

Aktual / Cəmiyyət / Manset / Yazarlar 31-may, 00:259 tv713 51 0












İGİD TEYMURLU



RÜSTƏMXANLI YARADICILIĞINDA "QAN YADDAŞI"MIZ



VƏTƏNDAŞ HƏMRƏYLİYİ bu günün və gələcəyin ideologiyasıdır!

Həyatı boyu bu ideologiyaya sadiq qalan SABİR RÜSTƏMXANLInın yaradıcılığında doğrudan da bir QAN YADDAŞI var.

Təqdim etdiyim bu şəkil autizm sindromlu övladımın otağındandır. Stolun üstündə 2 kompüter və ortalıqda SABİR RÜSTƏMXANLININ şəkli olan bu kitab.

Şəxsi kitabxanamda yüzlərlə kitab var. Övladım həmin yüzlərlə kitabın içindən məhz SABİR RÜSTƏMXANLInın şəkli olan bu kitabı (və Sabir bəyin məndə olan kitablarını) seçib masasının üstünə qoyub. Nə illah edirəm ki, o kitabları götürüb öz masamın üstünə qoyum, uşaq bütün vasitələrdən istifadə edib buna imkan vermir..

Özüm də çaşıb qalmışam. Axı nədən məhz SABİR RÜSTƏMXANLI, digərləri yox?!

Autistlərdə sosiallaşmanın özü də bir problem olsa görünür onun da öz Rüstəmxanlı Dünyası var - bu Dünyada Qan Yaddaşıyla Göz Yaddaşı öz sintezini tapıb...

Və maraq doğuran məqam da bundan ibarətdir ki, uşaq o kitablarla yatır, o kitablarla oynayır, o kitablardan özünə maraqlı gələn hissələrə baxır, kəsəsi, o kitabları heç cür gözündən kənara qoymur. Və əməlli başlı hiss edirəm ki, məhz bu kitablar onun masasının üstündə olanda uşaq ruhən dincəlir. Kim bilir, bəlkə də onun ÖMÜR KİTABInda QAN YADDAŞdır o uşağı sakitləşdirən...

Və beləcə mən də ruhən bir təskinlik tapır, bunu Sanir bəyin diliylə "Tanrının istəyi" kimi dəyərləndirirəm:

"...Tanrı milyon illik zəhmətinin
Bəhrəsini gözləyir bizdən.
Bəlkə körpə kimi
yenidən doğulmaq istəyir sevgimizdən?!"...

Baxanda görürsən ki, doğrudan da, adam Sabir bəyi oxuduqca öz Keçmişinə, Özünə, Sözünə, Kimliyinə, Tarixinə qayıdır. Adam Onu oxuduqca saflaşır, durulaşır, arınır. Ruhən dincəlirsən, bax bu autist cocuq kimi.

Və bu günün gerçəyinə baxanda bir az da diksinirsən.

Nədənini deyimmi?

Gerçəyə baxanda görürsən ki, elə toplumsal olaraq biz özümüz də bir autist cəmiyyətin övladlarıyıq. Sabir bəyin 15 cilddən ibarət əsərlərinin təqdimat mərasiminə paralel olaraq dövlətin yanaşma tərzini görəndə özümü "İşğal olunmuş sahildə" gördüm.

Doğrudanmı bizim cəmiyyət yolunu azmış?!

Axı elə dəyərli aydınlarımızdan olan İsa Həbibbəyli, Anar, Rafael Hüseynov, Nizami Cəfərov, Qüdrət Həsənquliyev, Qəzənfər Paşayev, Fəzail İbrahimli, Həsən Həsənov, Rüstəm Behrudi və digərlərinin Sabir bəy haqqında söylədiklərinə diqqət edəndə apaydın şəkildə, açıq bir mətnlə bəyan edilir ki, Azərbaycanın Fəxr Edə Biləcəyi Ünvanlardan Biridir bu Adam.

Öyləsə, sual olunur.

Fəxr edə biləcəyin ÜNVANA beləmi üz tutulur, Dövlət Baba?

400 milyonluq türk irqinin məskunlaşdığı coğrafiyanı qarış-qarış gəzən Rüstəm Behrudi deyir ki, hara ayaq basdımsa bütöv Türk Dünyası OLJAS SÜLEYMENOVla SABİR RÜSTƏMXNLIdan danışdı...

İsa Həbibbəyli deyir ki, şairlər içərisində Azərbaycanda Sabir Rüstəmxanlıdan başqa 15 cild əsər yazan ikinci birisi yoxdur...

Ünlü aydınlarımız tam haqlı olaraq bildirirlər ki, "bu gün Yardımlı, bu gün Azərbaycan, bu gün Turan deyəndə həmən Sabir Rüstəmxanlı yada düşür"..

Bəli, Sabir Rüstəmxanlı Yardımlının, Sabir Rüstəmxanlı Azərbaycanın, Sabir Rüstəmxanlı bütöv Türk Dünyasının Özüdür.

Rüstəmxanlını sevmək yurdu, eli, obanı, məmləkəti, insanlığı, haqqı, ədaləti, vətənpərvərliyi sevmək deməkdir.

Rüstəmxanlıya daş atmaq da yurda, elə, obaya, məmləkətə, insanlığa, haqqa, ədalətə, vətənpərvərliyə daş atmaqdır.

Bu konuda zamanında Rüstəmxanlı haqqında yanlış sözlər yazan bir jurnalist qardaşımıza rəhmətlik Əbülfəz Elçibəy " sən əxlaqınımı yedin Sabir bəy haqqında belə danışanda?" söyləmişdi.

Məmləkətin ən ünlü aydınlarının, müəllimlərin, həkimlərin, şairlərin, yazıçıların, siyasətçilərin Sabir bəy haqqında söylədikləri ruhu oxşayan fikirlərini bir yerə cəm etsən o da 15 cilddən artıq edər.

Bəs sən nədən susursan, Dövlət Baba?

Nədən Sabir Rüstəmxanlı irsi vərəq-vərəq toplanmır?!

Nədən Sabir Rüstəmxanlı irsi orta və ali məktəblərimizdə tədris olunmur?...

Sabir bəy Rüstəmxanlı çox ustalıqla tarixlə ədəbiyyyatın, siyasətlə ədəbiyyatın sintezini yaradıb. Onun əsərlərində itmiş, unudulmuş tariximizin izləri var, bu izlər səni Özünə qaytarır. Kökümüzü başqa yerlərə bağlayan tarixçilərin cızdıqları sərhəd Rüstəmxanlı yaradıcılığında darmadağın edilir.

Gəncliyini, bütün həyatını millətinin, dövlətinin varoluşuna xərcləyən Rüstəmxanlının siyasi sferadakı fəaliyyəti də cəmiyyətimizə bir örnəkdir. Yaxın dostlarıyla birgə yaratdığı siyasi partiya hər nə olursa olsun heç zaman dövlətçilik və millətçilik kursundan sapmayıb, hər zaman vətəndaş həmrəyliyinin keşiyində durub.

Yaratdığı partiya digər siyasi qurumlardan fərqli olaraq öz monlitliyini bu günədək qoruyub saxlayıb. Parçalanmalara, təfriqəçiliyə yol verilməyib. Hələ xalq hərəkatı dönəmində milyonları bir yumruq ətrafında birləşdirməyi bacaran Rüstəmxanlı rəhbərlik etdiyi siyasi qurumda da o bütövlüyü qoruyub.

Və digər siyasi fiqurlardan fərqli olaraq Rüstəmxanlının fəaliyyəti göz önündədir. Onun siyasətçi obrazı haqqında bəzən arzuolunmayan yanlış fikirlər səsləndirənlər bir şeyi unudurlar. Bu Adam digər siyasi fiqurlardan fərqli olaraq hücrə siyasətinə radikallıq, liberallıq donu geyindirməklə kütlənin psixologiyasını ovsunlamaqla məşğul olmayıb. Bu Adamın qanunverici orqanda 30 ilə yaxın bir təcrübəsi var. Dövlətlərarası münasibətlərin qurulması, tənzimlənməsində sonsuz əməyi olub.

Və bütün bununla yanaşı yenə də həmin siyasi fiqurlardan fərqli olaraq ədəbi mühitdə çatdığı ocağın qorunun hər zaman keşiyində dayanıb.

Onun söylədikləri zamanla öz təsdiqini tapıb. Bütün zamanlarda istər ədəbi, istərsə də siyasi düzəndə söylədiklərinin altından öz imzasını ata biləcək tək-tük adam varsa, onlardan biri də Rüstəmxanlıdır. Bu mənada bizlər də bir cəmiyyət olaraq Rüstəmxanlı irsini qorumalıyıq - ən azından təqdim etdiyim şəkildə autist övladımının öz Rüstəmxanlı Dünyasını qoruduğu kimi. Bax o şəkildə görünən kompüterin küncündə görünən saatın üstünə taxta parçası qoyulub, öz aləmində zamanın təlatümlərini beləcə adlayıb keçir cocuq. Bəlkə bu da cocuğun ruhən dərk etdiyi Rüstəmxanlı Dünyasının illüstrasiyasıdır. Axı Rüstəmxanlı da "Zaman məndən keçir" deyir...Axı biz "İşğal olunmuş sahildəyik". Məhz VƏTƏNDAŞ HƏMRƏYLİYİ İDEOLOGİYASI bizi bu sahildə boynubükük dayanmaqdan xilas edəcək. Ən azından xilasımız naminə Sabir Rüstəmxanlı irsini öyrənməliyik...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr