Azərbaycan Ordusunun istənilən təxribata vaxtında cavab verməsi və orduya ümumxalq dəstəyi ordu ilə xalqın birliyinin və vətəndaş həmrəyliyinin bariz nümunəsidir.
"İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələri növbəti dəfə Azərbaycan torpaqlarına minaatanlardan və qumbaralardan atəş açıblar və təxribat törədiblər. Azərbaycan Ordusu düşmənə layiqli cavab verib. Ermənistanın Azərbaycana qarşı və Azərbaycanın sərhəd boyu torpaqlarına qarşı təxribat törətməsi ilk dəfə deyil: "Azərbaycan ordusu bugün istənilən təxribata cavab vermək iqtidarındadır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, düşmən öz layiqli cavabını həmişə alıb və bundan sonra da alacaq. Şəhidlərimizin heç bir zaman qisası yerdə qalmayacaq". ALLAHDAN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT DİLƏYİRİK
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ermənilərin törətdikləri təxribat və qüdrətli ordumuz tərəfindən verilən cavablar və göstərdiyi rəşadətlərə layiqli qiymət verilmişdir.
Prezident çıxışında qeyd etmişdir ki, son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdur. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmış, kəndlərimizi atəşə tutmuş və dinc sakinimiz həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir. Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Prezident son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi xüsusi ilə vurğulamışdır.
İclasda Ordumuzun qüdrətindən bəhs edən Prezident İlham Əliyev XİN-in Diplomatik fəaliyyətinin qənaətbəxş olmadığını qeyd etməklə bildirdi ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur.
Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu.
Ermənistanın bu təxribatı növbəti dəfə bir daha onu göstərdi ki, Ermənistan işğalçı və terrorçu ölkədir: "Dünya birliyi, dünya ictimaiyyəti, ATƏT-in Minsk Qrupu təxribatçını, işğalçını öz adı ilə çağırmalı, məhz Ermənistan həm Azərbaycan üçün, həm dünya birliyi üçün qara ləkədir və bu ölkə öz layiqli cəzasını almalıdır". Diplomatiyamız bu sahədə gərgin işləməklə Azərbaycanın haqq səsini və ədalətli müharibəsini dünya birliyinə çatdırmalı və dünya birliyinin dəstəyinin qazanılmasına nail olunmalıdır.
Bir siyasi partiya olaraq qeyd edrik ki, b ki, Qarabağ istiqamətində qoşunların təmas xəttində də əgər bu təxribatlar baş verərsə (və bu da istisna olunmur), sözsüz ki, 2016-cı ilin aprel ayında da baş verən döyüşlər yenidən təkrarlanacaq. Bu dəfə ermənilərin heç bir yalvarışlarına Azərbaycan məhəl qoymayacaq: "Azərbaycan ordusu hər an, hər dəqiqə öz torpaqını azad etmək əzmindədir və Ali Baş Komandanın əmrini gözləyir. Sadəcə olaraq ermənilərin ATƏT-in Minsk Qrupuna (Rusiya, Fransa, ABŞ-a) yalvarışları nəticəsində atəşkəs rejimi yenidən bərpa olunub. Ermənilər bunu başa düşmürlərsə, yaqin ki, Azərbaycan onları başa salmaq məcburiyyətindədir, çünki biz kiminsə ərazisini işğal etməmişik, biz öz torpaqlarımızı azad etməliyik. Ya Ermənistan rədd olub getməlidir Azərbaycan torpaqlarından, ya da Azərbaycan öz torpaqlarını istər sülh yolu ilə, istərsə də hərb yolu ilə azad edəcək. Azərbaycan ordusu hər an düşməni yerinə nəinki otuzdurmağa, öz torpaqını qısa zamanda bütün torpağlarımızı azad etmək gücündədir. Ermənistan bugün vassal, terrorçu və işğalçı ölkədir və bu ölkə bugün yalnız müəyyən havadarlarına arxalanır, amma bu dəfə onların köməyinə də havadarları çatmayacaq".
Müstəqil Xalq Partiyası öz tərəfdarları və bütün xalqla birlikdə Alii Baş Komandan İlham Əliyevin ətrafında birləşir və bütün qüvvəmizlə onun siyasətini dəstəkləyirik.
Əflan İbrahimov
Müstəqil Xalq Partiyasının sədri
XeberTv/info