Prezident 3 nəfərə general-leytenant, 2 nəfərə general-mayor rütbəsi verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib::
"general-leytenant” hərbi rütbəsi
general-mayor Araz Məmməd oğlu Məmmədova
general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə
general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə
"general-mayor” hərbi rütbəsi
polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova
polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə
Prezident başqa bir sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adlar verib.
"Əməkdar həkim”
Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı
"Əməkdar tibb işçisi”
Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.
tv713.az