Rusiya sülhməramlıları Xocalıda kilsə tikiblər - KİM İCAZƏ VERİB?

Manset 11-noy, 09:449 tv713 151 0
Rusiya sülhməramlıları Xocalıda kilsə tikiblər - KİM İCAZƏ VERİB?


"Dağlıq Qarabağda Xankəndi yaxınlığındakı rus hərbi şəhərciyi ərazisində ilk pravoslav kilsəsi açılıb".

Tv 713. ax xəbər verir ki, bu barədə çərşənbə günü TASS-ın müxbiri məlumat verib.

Təntənəli açılış mərasimində Cənub hərbi dairəsi qoşunlarının komandanı Rüstəm Muradov və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər.

"Çox təəssüf ki, Qarabağda rus kilsələri qalmayıb. Sovet illərində hamısı bolşeviklər tərəfindən məhv edilib və bu səbəbdən tikilmiş Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət qazanır", deyə mərasimdə "Stepanakert rus icmasının sədri" Aleksandr Bodrov bildirib.

Kilsənin məhz harada yerləşdiyi açıqlanmır. Amma bir müddət əvvəl Xocalı aerodromu yaxınlığındakı ərazidə kilsə tikildiyi barədə məlumat yayılmışdı. Bu kilsənin kimin tabeliyində olacağı - Bakı Yeparxiyasının tabeliyində olub-olmayacağı da aydın deyil.

Turan İnformasiya Agentliyinin xəbərində qeyd olunur ki, kilsənin tikintisinə kimin icazə verdiyi və rəsmi Bakının bu tikintiyə razılıq verib-vermədiyi barədə də məlumat yoxdur.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr